2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Aeroport yolunda içi sərnişinlə dolu iki avtobusun ölüm yarışı: Dəhşətli anların görüntüsü (VİDEO)

Hava limanı yolunda 136 saylı iki sərnişin avtobusu yarışa çıxıb.

AZXEBER.COM-a göndərilən görüntülərdə, hadisə şahidi bu olayı öz mobil telefonu ilə lentə alır. O, 136 saylı içi sərnişinlə dolu avtobusun yarışa çıxaraq saatda 120 km sürətlə hərəkətdə olduğunu deyib. Sürücü avtobusa çatmaq üçün sürətini 130-a qaldırdığını və ancaq bu zaman onlara çata bildiyini əlavə edib.

Yarışa çıxan sərnişin avtobuslarından birinin nömrəsi 90-FK-492 olduğu görünsə də, digərinin nömrəsi görünməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Azərbaycanda sərnişin avtobuslarının sürücüləri ilə bağlı müxtəlif zamanlarda reydlər keçirilir. Ancaq bu reydlərin keçirilməsinə baxmayaraq, hər il sərnişin avtobuslarının iştirakı ilə yüzlərlə yol nəqliyyat hadisəsi baş verir. Araşdırmalar nəticəsində avtobus sürücülərinin çoxunda sürücül vəsiqəsinin belə olmadığı ortaya çıxıb.
https://youtu.be/_QE-cL96ppM

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button