Loading...
Loading...
İdman

AFFA “Qarabağ”ı cərimələdi

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu cərimələyib.

Report xəbər verir ki, buna Ağdam komandasının 4 futbolçusunun “Zirə” ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında sarı vərəqə alması səbəb olub.

Qərara əsasən, kluba 800 manat cərimə kəsilib. Səfər oyunu “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, İntizam Komitəsinin Premyer Liqanın ötən turu ilə bağlı tətbiq etdiyi yeganə cəza olub.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button