Bizim tərcümə

Afinada kafedə silahlı hücum: 2 ölü, 1 yaralı

2022-12-19 15:44:16

Yunanıstanın paytaxtı Afinada dünən axşam saatlarında insanların sıx olduğu kafedə silahlı hücum təşkil edilib. Nea Smirni rayonunda yerli vaxtla saat 21:30 radələrində baş verən hadisədə hücumçunun açdığı atəş nəticəsində 44 və 41 yaşlı iki nəfər hadisə yerində həyatını itirib.

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə tibbi maska ​​və kapüşonlu hücumçunun kafeyə girərək masaya yaxınlaşaraq insanlara yaxın məsafədən 6 atəş açaraq, daha sonra hadisə yerindən qaçdığı görünür. Hücum nəticəsində qonşu masada oturan qadının yaralandığı bildirilib.

Polisdən verilən açıqlamada hadisənin narkotik qruplarının hesablaşması səbəbindən baş verdiyi, öldürülən şəxslərin narkotik və oğurluq kimi cinayətlərdən çoxlu sayda cinayət qeydlərinin olduğu bildirilib. Alban əsilli olduğu ehtimal edilən 2 nəfərin yarılma üçün xəstəxanaya aparıldığı öyrənilib.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button