2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Afrikadan Azərbaycana – Rusiya nüfuzunu necə yayır – Qərb mediası

“CNBC” telekanalının portalında Holly Ellyatt Rusiyanın qlobal miqyasda nüfuzunu necə yaydığını araşdırır. Müəllif qeyd edir ki, son vaxtlar Rusiya qlobal səhnədə nisbətən sakit görünə bilər, çünki daha çox daxili siyasi islahatlara və iqtisadi dirçəlişə fokuslanır. “Ancaq qətiyyən yanılmayın, bu ölkənin dünyadakı nüfuzu çox uzaqlara gedir və vacibdir”, – müəllif qeyd edir.

“ABŞ və Çin kimi digər supergüclərə oxşar davranan Rusiya Suriya prezidenti Bashar Assad tipli liderləri və rejimləri dəstəkləməklə, yaxud infrastruktur layihələrinə (məsələn, Avropanın enerji infrastrukturuna) pul axıtmaqla iqtisadi və geosiyasi nüfuzunu yayır, Venesuelada olduğu kimi, dünyada digər dövlətlərə gizli və açıq hərbi, iqtisadi dəstək göstərir”, – məqalədə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Müəllif Prezident Vladimir Putinin 2019-cu ilin oktyabrında Rusiya-Afrika sammiti və iqtisadi forumuna ev sahibliyi etdiyini yada salır. Putin sammitdə qeyd edib ki, 2018-ci ildə Rusiyanın Afrikayla ticarəti 20 milyard dolları keçib, son beş ildə iki dəfə artıb. Məqalədə Rusiyanın son 10 ildə Yaxın Şərqdə geosiyasi və hərbi əlaqələri də sürətlə genişləndirdiyi vurğulanır.

Avropa və Cənubi Qafqaz

Avropayla münasibətlər daha qəlizdir. Bir tərəfdən Moskvanın sağçı və populist hərəkatları dəstəkləməklə AB-də ziddiyyət yaratmağa çalışdığı vurğulanır. Digər tərəfdən isə Almaniya ilə Şimal axını-2 kimi qaz kəməri layihəsi gerçəkləşdirir, Birləşmiş Ştatlar bu layihəyə sanksiyalar tətbiq edib.

Müəllif Qafqaz ölkələri Ermənistan, Azərbaycan və Gürcüstanın Rusiyayla münasibətlərinin dəyişik olduğunu qeyd edir. Gürcüstanla 2008-ci il müharibəsindən sonra ikitərəfli əlaqələr gərgin olaraq qalır. Amma Azərbaycanla münasibətlər yaxşılaşır. Dekabrda Putin azərbaycanlı həmkarı İlham Əliyevə ad günü təbrikində deyirdi ki, “ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə sizin şəxsi töhfənizi qiymətləndirməmək mümkün deyil. Aramızdakı inamı və qarşılıqlı anlaşmanı həqiqətən dəyərləndirirəm”.

Rusiyanın xaricdəki nüfuzu haqda ekspertlərin fikirləri haçalanır. Verisk Maplecroft şirkətindən Daragh McDowellCNBC-yə deyib ki, “Rusiya xarici siyasətinin böyük hissəsi qaraqorxu və yaxşı PR-a əsaslanır”.

“Moskva müəyyən hökumətləri dəstəyə muzdlular göndərə, siyasi məsləhət verə bilər və sairə. Ancaq bir neçə halı (əsasən Suriya və Venesuelanı) çıxmaqla onun bütün bunları uzunmüddətli nüfuza çevirməyə bacarıq və resursları yoxdur”, – o deyib.

“Onlar həmçinin Çin kimi investisiya, inkişafa yardım təklif edə bilmirlər. Pekin Qərbdən ötrü daha möhkəm strateji rəqibdir”, – təhlilçi vurğulayıb.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button