2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ağ ev Bəşər Əsədi Hitler ilə müqayisə edib

 Ağ evin mətbuat katibi Şon Spayser çərşənbə axşamı jurnalistlər üçün keçirilən brifinqdə “hətta Hitler kimyəvi silahdan istifadə etmək kimi aşağı səviyyəyə düşməyib” deməklə özünü pis vəziyyətə salıb.
Bu barədə RİA “Novosti” yazıb.
“Biz, hətta II Dünya müharibəsində belə kimyəvi silahdan istifadə etmədik… Hətta Hitler kimyəvi silahdan istifadə səviyyəsinə düşməyib”, — deyə bildirərək Suriya hakimiyyəti və şəxsən prezident Bəşər Əsədi İdlibə kimyəvi hücumda ittiham edib.
Bu bəyanatdan dərhal sonra “Twitter”də mətbuat katibinin fikirləri ilə bağlı yüzlərlə təəccüb dolu şərhlər yazılmağa başlayıb.
Brifinqdən sonra jurnalistlər Spayserin nasist Almaniyasının qaz kameralarından istifadə etməsindən xəbərdar olub-olmadığını dəqiqləşdirməyə çalışıblar. Mətbuat katibi buna evdə cavab verib və bundan xəbərdar olduğunu bildirib, lakin Hitlerin bununla belə, kimyəvi silahdan şəhərlərdə istifadə etmədiyini qeyd edib.
Spayser jurnalistlər qarşısıenda fikirlərini izah etməyə çalışaraq bildirib ki, Hitler kimyəvi silahdan öz insanlarına qarşı Əsəd kimi istifadə etməyib.
“Mən Holokostun dəhşətli mahiyyətini kiçiltməyə çalışmıram. Mən aviasiyadan yaşayış məntəqələrinə kimyəvi silah atmaq üçün istifadə etmək taktikası arasında ayırıcı xətt çəkməyə çalışdım. Dinc insanlara qarşf istənilən hücum yolverilməzdir”, – deyə o bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button