2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ağ Ev: Çinin bitərəfliyi Trump-ın qələbəsidir

BMT Təhlükəsizlik Şurasında Çinin Suriya qətnaməsi üzrə səsvermədən çəkinməsi – Trump-ın “böyük” diplomatik qələbəsidir, Ağ Evin mətbuat katibi Fox telekanalının efirində bildirib. Əvvəllər Çin, bir qayda olaraq, Moskvanın dəstəkləmədiyi bu qətnamənin əleyhinə səs verib.

İndi Suriyanı yalnız bir qrup ölkələr, Rusiya istisna olmaqla, zəif dövlətlər dəstəkləyir, Ağ evin nümayəndəsi əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 12-də BMT TŞ, Suriyanın İdlib şəhərində 89 nəfərin ölümü ilə nəticələnmiş kimyəvi silah hücuma dair qətnamə layihəsini müzakirə edib.

Rusiya və Boliviya layihənin qəbulunun əleyhinə səs verib. Çin, Efiopiya və Qazaxıstan səsvermədə bitərəf qalıb. TŞ-nin on üzvü sənədi dəstəkləyib.

Qətnamə layihəsinin müəllifləri – Böyük Britaniya, ABŞ və Fransa – Suriya prezidenti Bəşər Əsəd rejimini kimyəvi hücuma görə ittiham edir. Suriya kimyəvi silah tətbiq etdiyini inkar edir.

Qətnamədə, həmçinin beynəlxalq müstəntiqlərə İdlib əyalətindəki Şəyrət aviabazasına və uçuşların məlumatlarına çıxış da tələb edilib.

Qətnaməyə səsvermə, ABŞ dövlət katibi Rex Tillerson-un Moskvada rəsmi səfəri ilə üst-üstə düşüb. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və prezident Vladimir Putinlə görüşüb.

Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, Suriyadakı müharibə və sanksiyalar müzakirə olunub.

Kimyəvi hücumdan bir neçə gün sonra ABŞ Şəyrət hava bazasına raket zərbəsi endirib. Trump bildirib ki, hücumlar gedən zaman o, Çin prezidenti ilə nahar edirmiş. O əlavə edib ki, zərbələr başlayan kimi həmkarını bu barədə məlumatlandırıb.

Rusiya hakimiyyəti ABŞ-ın hərəkətlərini beynəlxalq hüququn pozulması və suveren dövlətə münasibətdə təcavüz adlandırıblar. Moskva həmçinin qərb ölkələrindən Dəməşqin kimyəvi hücumlarda iştirakının sübutlarını istəyir.

Aprelin 12-də Trump bildirib ki, ABŞ “hər şeyi düz edib”.

Vaşinqton hesab edir ki, Moskva Suriya hakimiyyətinə kimyəvi hücumun nəticələrini gizlətməyə kömək.

“Düşünmək istərdim ki, Rusiya [hücum barədə] əvvəlcədən bilmirdi”, Trump bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button