2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ağ Ev “dərin dövlət” vahiməsi keçirir

“The İndependent” xatırladır ki, Donald Trump onun kampaniyası ilə Rusiya arasındakı əlaqələrin araşdırılmasını “Amerika tarixində ən böyük əcinnə ovu” adlandırıb.

Lakin Ağ Evdəkilərin bəziləri bundan da betərini düşünürlər: qəsd və ya konspirasiya!

Saytların yığılması Saytlarin yigilmasi

Cənab Trump-ın ən etibarlı adamı Steve Bannon da daxil Ağ Evin bir sıra müşavirləri bu nəticəyə gəliblər ki, “dərin dövlət” onların hakimiyyətinə son qoymağı qət edib. Bu barədə Ağ Evdəki mənbə Amerikanın nüfuzlu Politico məcmuəsinə bildirib.

Məqalədə deyilir ki, cənab Trump-ın FTB direktoru James Comey-ni vəzifəsindən kənarlaşdırmasının ardınca Ağ Evdən bir neçə ziyanlı sızmalar baş verib.

Cənab Trump-ın Rusiya rəsmiləri ilə görüşündən dərhal sonra sızan xəbərdə deyilirdi ki, prezident son dərəcə həssas kəşfiyyat informasiyasını rusiyalı qonaqlarla paylaşıb.

Bunun ardınca son günlərdə belə xəbərlər yayılıb ki, Trump-ın kürəkəni Jared Kushner Rusiya ilə kommunikasiyalar üçün məxfi kanal yaratmağa cəhd edib.

Hökumətin içərisindən bu qədər sızmaların baş verməsi Ağ Ev müşavirlərinin, kiminsə çox yaxınlıqdan onları izlədiyi barədə qənaətə gəlmələrinə səbəb olub.

Cənab Trump-ın etibarlı media kimi seçimi olan Fox News telekanalının şərhçiləri bu qənaətin güclənməsinə kömək edirlər.

Onlar inanırlar ki, Trump-ın hakimiyyəti Amerikanın “dərin dövləti” tərəfindən hədəflənib.

“Dərin dövlət” dedikdə dövlətin içərisində hakimiyyətdəkiləri devirməyə çalışan məxfi qüvvə nəzərdə tutulur.

Məsələn, telekanalın aparıcısı Sean Hannity Ağ Evdən ziyanlı sızmaların baş verməsinə görə “Obamadan qalan və bu prezidentin məhv edilməsinə qalxan dərin dövlət hökumət məmurlarını” ittiham edib.

“Trump administrasiyası bu təxribatçıları çox gec olmadan ifşa etməlidir” – deyib aparıcı.

Əvvəllər cənab Bannon-un redaktor olduğu sağ təmayüllü Breitbart News internet saytı da “dərin dövlət” nəzəriyyəsini inkişaf etdirməklə məşğuldur.

Bu internet portalındakı məqalələrin başlığında tez-tez “Dərin Dövlət” sözlərini görmək olar.

Amma belə görünür ki, bu nəzəriyyədən elə cənab Bannon-un özü mənfəətlənir.

Axios xəbər verir ki, bir vaxtlar kənarda qalmış prezident müşaviri “dərin dövlətə”, mediaya, demokratlara və müstəntiqlərə qarşı mübarizə üçün mafiyasayağı “hərbi konsiliyeri” yaradır.

Hətta Konqresin keçmiş spikeri Newt Gingrich də deyib ki, “nəhəng bürokratiya prezidentə hücum məqsədilə bilərəkdən məlumat sızdırır və istədiyini edir”.

Axios yazır ki, indi nəhayət Trump-ın komandası özü üçün dərin dövlət, siyasi rəqiblər və əllərindəki hakimiyyəti sadəcə olaraq vermək istəməyənlərdən ibarət “vahid opponent” formalaşdırıb.

“The İndependent” yazır ki, cənab Trump öz müşavirlərinin “dərin dövlətindən” əvvəl birbaşa opponenti olan media ilə mübarəzəyə diqqət verməlidir.

“Mənim fikrimcə bir çox sızmalar #FakeNews mediasının toqquşdurduğu yalanlardan ibarətdir” – yazıb Tvitterdə Trump.

“Nə vaxt ki, saxta xəbərlər mediasında “mənbələr bildirir” sözlərini oxudunuz və heç bir ad tapa bilmədiniz, çox ola bilsin ki, bu mənbələr heç yoxdur və xəbərləri saxtakar xəbər yazanlar özləri düzəldiblər”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button