2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ağ Ev: Trump FTX-dən Flinnlə bağlı istintaqın dayandırılmasını istəməyib

ABŞ mediası adı çəkilməyən mənbəyə istinadən iddia edir ki, prezident Trump FTX başçısı James Comey-dən prezidentin müşaviri Michael Flinnin Rusiya ilə əlaqələrinə dair aparılan istintaqın dayandırılmasını xahiş edib.

Ağ ev bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

New York Times qəzeti James Comey-nin bu barədə qeydlərini gördüyünü deyən iki nəfərə istinad edir. CNN də belə bir qeydlərin olması barədə anonim mənbəyə istinadən məlumat yayıb.

“Mən ümid edirəm ki, siz bu məsələni unuda bilərsiniz “, – guya Comey Trump-ın xahişi barədə öz qeydlərində yazıb.

New York Times-ın yazdığına görə, Flinnin istefasından sonra prezidentlə görüşən Comey görüşdən dərhal sonra qeydlər aparıb. Ağ ev Trump-ın istintaqa təsir etmək cəhdlərini təkzib edib.

“Prezident dəfələrlə general Flinnin ölkəyə xidmət göstərən və ölkəni müdafiə edən layiqli insan olduğunu vurğulayıb. Trump heç vaxt James Comey-dən və ya başqa birisindən, Flynn-in işi daxil olmaqla hansısa istintaqın dayandırılmasını istəməyib “, – deyə Ağ Evin açıqlamasında bildirilir.

Trump James Comey-ni mayın 10-da işdən azad edib.

ABŞ prezidenti qərarını Comey-in bu vəzifəyə artıq uyğun gəlməməsi ilə izah edib.

Pezidentin qərarını tənqid edən müxalifət onu Trump-ın seçki kampaniyasında Rusiya ilə əlaqəsini araşdıran istintaqa təsir göstərməyə cəhddə ittiham edib.

Michael Flinn təhlükəsizlik müşaviri vəzifəsindən bu ilin fevralında istefa verib.

O, postunu ABŞ rəhbərliyindən Rusiya səfiri Sergey Kislyakla görüşü gizlətdiyinə görə tərk edib. Görüş zamanı Rusiyaya qarşı sanksiyalar müzakirə olunub. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button