Xəbərlər

Ağ Evin cinayatkar proqramlar ilə Mübarizədə Qlobal Səyləri

Loading...

Vaşinqton/16.10.21 Bu həftə Ağ Ev  30 -dan çox ölkənin və AB -nin iştirakı ilə cinayatkar proqramlar ilə mübarizədə  əməkdaşlığı sürətləndirmək üçün beynəlxalq virtual tədbir təşkil etdi.

Görüşlərdə şəbəkənin dayanıqlılığının artırılması, cinayatkar proqramların gəlirli edən maliyyə sistemlərlə mübarizə aparmaq  üçün hüquq -mühafizə orqanları ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Prezident Baydenin milli təhlükəsizlik müşavirinin kiber təhdidlər üzrə müavini Ann Neuberger, cümə günü jurnalistlərə verdiyi açıqlamada, “Bu Şəbəkə ilə mübarizə üçün əməkdaşlığa ehtiyac var.

Bu görüş, belə proqramlara qarşı əməkdaşlıq və bunun üçün hansı vasitələrin mövcud olması ilə bağlı fikir mübadiləsi aparmaq üçün hökumət mütəxəssislərini bir araya gətirbi” dedi.

İştirakçı ölkələrin hökumətləri birgə bəyanatında belə proqramların” ciddi iqtisadi və təhlükəsizlik təsirləri olan qlobal təhlükəsizlik üçün artan bir təhdid” adlandırdılar.

Təşkilatçılar sammitə Cənubi Qafqaz ölkələrinə – Azərbaycan, Ermənistan və Gürcüstana dəvət göndərməyiblər.

 TURAN-ın bu mövzuda verdiyi suala Neuberger,  ” bu ölkələri bir-birinə yaxınlaşdıran bir çox görüşlərdən birincisi” söylədi.

“Bizə qoşulmaq üçün başqa ölkələrə müraciət edəcəyik və bu, qlobal baxımdan son görüş deyil.”

Neuberger, Vaşinqton və Moskvanın xüsusi bir işçi qrupu vasitəsi ilə  “artıq aktiv müzakirələr apardıqlarını” və ABŞ -ın Rusiya daxilindən fəaliyyət göstərən cinayətkarlarla bağlı konkret məlumatlar paylaşdığını və bu təhlükəni aradan qaldırmaq üçün daha bir tədbir görəcəyinə ümid etdiyini dedi. -0- 

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button