Now Reading:
Ağ Evin ixtisara salınması təklif olundu

Ağ Evin ixtisara salınması təklif olundu

ABŞ administrasiyası dövlət strukturlarında islahatların aparılması planlarını açıqlayıb. Ağ Evin maliyyə və büdcə ofisinin direktoru Mik Mulvaney federal büdcənin xərclərinin azaldılacağını elan edib. O, söz verib ki, ilin sonuna qədər seçicilər daha effektiv və yığcam bürokratik aparata sahib olacaqlar.

Bu həftə admnistrasiya ABŞ-ın federal orqanlarına yaxın gələcəkdə kadr və səmərəsiz proqramları azaltmaq üçün öz planları barədə 14 səhifəlik memorandum göndərib. Bundan başqa bu addımın ardınca Ağ Evin saytında xüsusi bölmə işə salınıb. Bu bölmədə istənilən şəxs Ağ EVin onun fikrincə ən səmərəsiz olan agentliyinin adını qeyd edə bilər. Bu bölmə iki mərhələlidir. Birinci mərhələdə sayta daxil olan şəxs islahata ehtiyac olan qurumun adını qeyd edə bilər. İkinci mərhələdə isə ümumilikdə ləğv edilməli struktur göstərilməlidir. Özü də ləğv edilməli strukturların sayı ilə bağlı istifadəçiyə heç bir məhdudiyyət qoyulmur.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.