Now Reading:
“Ağ Şəhər” layihəsinin iflası

Azərbaycanda iri miqyaslı şəhərsalma layihələrindən biri olan Bakı Ağ Şəhər layihəsi gözlənilən nəticəni vermir. Hətta artıq indidən layihəni baş tutmamış sayanlar da var.

24saat.org xəbər verir ki, bu qənaətin formalaşmasına səbəb Bakı Ağ Şəhər layihəsinin əhatə etdiyi ərazidə yerləşən “Azərneftyağ” Neft Emalı Zavodunun demontaj prosesinin təxirə salınmasıdır.

Məlumat üçün deyək ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmrinə əsasən, “Azərneftyağ” Neft Emalı Zavodu 2015-ci il yanvarın 1-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. “Azərneftyağ”dakı bütün qurğular söküldükdən sonra burada təmizlik işləri aparılacaq və ərazi “Ağ Şəhər” layihəsinə veriləcək. İddialara görə, bu proses 19 milyard vəsait nəzərdə tutulubmuş. Lakin “Avroviziya” musiqi yarışmasına, daha sonra Avropa Oyunlarının keçirilməsinə külli miqdarda vəsaitin xərclənməsi, bu azmış kimi maliyyə böhranının dərinləşməsi zavodun köçürülmə prosesinin təxirə salımasına səbəb olub. Doğrudur, rəsmi məlumatlarda köçürülmə prosesinin 2021-ci ildə yekunlaşacağı bildirilir. Lakin iddia olunur ki, bu, baş tutmaya bilər. Çünki zavod artıq fəaliyyətə başlayıb. Bir neçə ildən sonra isə tam gücü ilə işləyəcək. Əgər bu iddialar doğrudursa, o zaman Bakı Ağ Şəhər layihəsini baş tutmamış hesab edilməsi təbii sayıla bilər.
Çünki layihəyə əsasən onun əhatə etdiyi ərazidə hər hansı zavod, yaxud fabrik fəaliyyət göstərməməli idi.
Layihə ilə bağlı maraqlı məlumatlardan biri də budur ki, ərazidə tikinti aparılmamışdan əvvəl 12 metr qazılaraq betonlanma işlərinin aparılması nəzərdə tutulubmuş. Lakin ərazi 7 metr qazılıb. Bu da layihənin həyata keçirilməsində şübhəli maliyyə əməliyyatlarının aparılması barədə mülahizələrə səbəb olub.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.