2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ağcaqanadlardan belə qorunun

Yayda istilərlə mübarizə aparmaq bir yana, üstəlik ağcaqanad dərdi də var. Yayın ən böyük kabusu olan ağcaqanadların dişləməsi nəticəsində yarana biləcək xəstəliklər, qaşıntı, qabaran, qızaran qollar, ayaqlar risk baxımından çox qorxuludur.

Bəs bu kabusdan xilas olmaq üçün təbii üsullar varmı?

Pişik nanəsi

Saytların yığılması Saytlarin yigilmasi

Bu bitkinin yalnız pişiklər üçün olduğunu düşünürlər. Amma ağcaqanad qovucu olaraq da çox təsirlidir. Bu bitki sayəsində ağcaqanadları bağınızdan və ailənizdən uzaq tuta bilərsiniz. Araşdırmalardan biri pişik nanəsinin ağcaqanad dərmanlarından on qat daha təsirli olduğunu sübut edib.

Limon dadı verən kəklikotu

Bu bitkinin əzilmiş yarpaqları ağcaqanad dişləmələrini 62 faiz azaldır. Əgər dostlarınızla piknikə getməyi düşünürsünüzsə, bunu edə bilərsiniz.

Lavanda

Gərginlik, mədə bulanması, qusma, kiçik yanıqlar, tənəffüs xəstəliklərinə yaxşı təsir edir. Bundan əlavə, digər arzuedilməz böcəklərdən qoruyur. Ağcaqanadlardan qorunmaq və yarpaqlarından çay dəmləmək üçün rahatlıqla istifadə edə bilərsiniz.

Reyhan

Həm mətbəxdə, həm bağçada işə yarayan möcüzəvi bir bitkidir. Ağcaqanadları qovmaq üçün təsirlidir. Gözəl qoxusunu da qeyd etmək lazımdır.

Melisa

Nanə ailəsindən olan melisa şəfalı bitki olmaqla yanaşı, ağcaqanadları qovmaq üçün təsirlidir. Eyni zamanda, reql sancıları, qıc olma, həzm narahatlıqları və yuxu pozuntusuna da yaxşı təsir edir.

Limon otu

“Citronella” kimi tanınan və təbii yağı əldə edilən bitkidir. Ağcaqanad qovucu şamlarda istifadə edilən əsas maddələrdən biri bu yağdır.

Məxmər çiçəyi

Eyvan və bağınızı rəngləndirməklə yanaşı, arzu edilməyən böcəkləri də uzaqlaşdırır. “Pyrethrum” adı verilən bənzərsiz bir qoxu ifraz edərək böcəklərin uzaqlaşmasını təmin edir.

Bibəriyə

Mətbəxdə və təbii təmizlik məhsullarında istifadə edilə bilən, eyni zamanda arzuedilməyən böcəkləri uzaqlaşdıran inanılmaz bir bitkidir. Araşdırmalar bibəriyə qoxusunun konsentrasiyanı artırdığını və yaddaşı gücləndirdiyini sübut edib.

Sarımsaq

Möcüzəvi tərəvəzdir. İnfeksiyayla mübarizə aparır, immuniteti gücləndirir. Bununla yanaşı, qoxusuyla təbii bir ağcaqanad qovucu funksiyası da var.(Aile.lent.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button