2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətRedaktorun seçimi

“Ağdam” bandasının killerləri məhkəmə qarşısına çıxarılır-Sankt Peterburqda

Sankt-Peterburq şəhərində “Ağdam” bandasının killerləri kimi tanınan Ədalət Əmrahov və Elnur Qafarovun cinayət işi üzrə istintaq yekunlaşıb.

24.şaat.org xəbər verir ki, onların hər ikisinin işi məhkəməyə göndərilib. Əmrahov Rusiya Hərbi Qüvvələrinin hərbçisi olduğu uçün onu hərbi məhkəmədə mühakimə edəcəklər.

Bandanın başçısı Murad Məmmədov ötən il Bakıda həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

1962-ci il təvəllüdlü, Ağdam rayonun Salahlı kəndindən olan Murad Məhəmməd oğlu Məmmədov 2010-cu ildən İnterpol xəttilə axtarışda olub.O,Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə ittiham edilir.

Murad Məmmədov Sankt-Peterburqda qətlə yetirilən üç nəfərin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Əlibala Əliyev və Kamil Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

“Ağdam bandası”nın başçısı Murad Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Cinayətin törədilməsində şübhəli bilinən Elnur Qafarov və Samir Məmmədov qızın qətlinin atası Qafar Kərimov tərəfindən sifariş verildiyini deyiblər. Bildiriblər ki, atası qızının əxlaqsız hərəkətlərinə görə onun öldürülməsini sifariş edib. Bu ifadədən sonra Qafar Kərimov həbs olunub, lakin cinayətin əsl mahiyyəti üzə çıxanda o sərbəst buraxılıb. Məlum olub ki, Murad Məmmədov həmin sahibkar Qafar Kərimovdan himayə olunması üçün haqq tələb edib. Buna əməl etməyən Q.Kərimovun öncə maşını yandırılıb, sonra isə qızı öldürülüb. Qətldə, şantajda və avtomobili yandırmaqda təqsirləndirilən dəstənin digər üzvləri də saxlanılıb. Hamısı Ağdam rayon sakini olan şəxslər həbs edilib.

“Ağdam bandası”nın üzvlərindən biri isə Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenant Ədalət Əmrahov olub. Həmin vaxt banda başçısı Murad Məmmədov Azərbaycana gələ bilib. Rusiya tərəfi M.Məmmədovun onlara təhvil verilməsini xahiş etsə də, bu istək Azərbaycan məhkəməsi tərəfindən rədd edilib.Murad Məmmədov 5 qətldə, mütəşəkkil cinayətkar dəstə təşkil etməkdə və digər cinayətlərdə təqsirləndirilir.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button