Xəbərlər

Ağdam və Xocalıda vəziyyətin yenidən gərginləşdiyi xəbər verilir

Məlumata görə, noyabrın 17-də qeyri-qanuni erməni silahlı birləşmələrinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri” müşahidə edilib

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 17-də axşam saatlarında Qarabağ bölgəsində vəziyyətlə bağlı məlumat yayıb.

Məlumata görə, noyabrın 17-də “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri” müşahidə edilib.

Nazirlik hesab edir ki, bu kimi fəaliyyətlər Azərbaycan, Rusiya Federasiyası və Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır:

“Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.”

Hələlik, bu məlumata qarşı tərəflərin münasibəti bəlli deyil.

Bundan əvvəl

Bundan öncə, bu il sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət gərginləşmişdi.

Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbayca isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, ErmənistanRusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button