az24saat.org saytının əldə etdiyi məlumata görə, Ağdam rayonunun Xındırıstan kəndində “Sevinc” şadlıq sarayının həyətində 60 ədəd çinar ağacı satılması üçün kəsilib.
Verilən məlumata görə, şadlıq sarayının müdiri Məlahət xanım RIH başçısı Raqub Məmmədovla razılaşaraq həmin ağacları kəsdirərək parket sexlərinə satılmağını planlaşdırıb.
Çəkiliş qrupumuzun operativ şəkildə ağacları görüntüləməsi mümkün olsa da, məsələ ilə bağlı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bərdə Regional idarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.
az24saat.org