2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ağdamda iki nəfərin minaya düşdüyü deyilir

Ağdam rayonu Yusifcanlı kənd ərazisində iki kənd sakininin mina partlayışı nəticəsində həlak olduqları bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a deyilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənov heyvan otararkən minaya düşüblər.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 civarında şəxs minaya düşüb. Onların təqribən 40-nın həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan əsirlikdəki Ermənistan hərbçilərinin bir qisminin təhvil verilməsi əvəzində azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığını açıqlamışdı. Sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını bildirdi. Buna cavab olaraq Ermənistan baş naziri demişdi ki, “biz əlimizdə olan xəritələri Azərbaycana vermişik”.

2020-ci il İkinci Qarabağ müharibəsi 44 gün çəkib. Bu müharibə və 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan, Rusiya arasında) əsasən, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti bərpa edib. 10 noyabr razılaşması ilə döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button