2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ağdamda qoyun otaran şəxs minaya düşüb

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb. Nəticədə onun sol ayağı amputasiya edilib.
Daxili İşlər Nazirliyindən (DİN) AZƏRTAC-a bildiriblər ki, A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz, nəzarət postlarından kənar yollarla getməməlidirlər:

Saytların yığılması Saytlarin yigilmasi

“Belə olan halda, bu cür faciəvi hallarla qarşılaşa bilərlər.”

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il noyabrın 10-da imzalanan üçtərəfli sazişdən bəri minaya düşmə səbəbindən 20-dən çox ölkə vətəndaşı həlak olub, 90-a yaxını isə ağır yaralanıb. Onların arasında hərbi qulluqçuların da olduğu qeyd edilir.
Azərbaycan rəsmiləri bildirir ki, müraciət etmələrinə baxmayaraq işğaldan azad edilmiş torpaqlarda minalanmış ərazilər üzrə xarətələri Ermənistan tərəfi onlara vermir.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Ağdamda qoyun otaran şəxs minaya düşüb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button