2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ağdamda suvarma işçilərinin avtomobili atəşə tutulub

AzərbaycanMüdafiə Nazirliyi məlumatı təsdiqləyib

 

Mayın 3-də Ermənistan silahlı bölmələrinin Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutduqları bildirilir.

Yerli medianın yazdığına görə Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər atəşə məruz qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobilin yararsız hala düşdüyü açıqlanıb.

İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çoxlu artezian quyusu var. Onun deməsinə görə, kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.

Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyindən bu deyilənləri təsdiq ediblər.

«Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır», – deyə nazirlikdən bildiriblər.

Ancaq qarşı tərəf bu barədə hər hansı rəsmi açıqlama yaymayıb.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə mövqe tutublar. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon Ermənistanın nəzarətindədi.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Amerikanın Səsi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button