2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ağdamdakı pambıq zavodunu ikinci dəfə özəlləşdirirlər

Əmlak Məsələləri Dövlət Komitəsi «Ağdam-Pambıq» MMC-ni özəlləşdirməyə çıxarıb. Bu həmin pambıq zavodudur ki, hələ 19 il bundan qabaq Birinci Dövlət Özəlləşdirmə Proqramı çərçivəsində səhmdar cəmiyyətinə çevrilərək hərracda satılmışdı.

ƏMDK-nın mətbuat xidmətində AzadlıqRadiosu-na səhmdar cəmiyyətinin özəlləşdirilməsinin nəticələrinin ləğv edildiyini, bu haqda məhkəmə qərarının olduğunu deyiblər. Lakin özəlləşdirmənin nəticələrinə yenidən baxılmasının səbəbləri, o cümlədən iddiaçı tərəfin kimliyi, səhmlərin mülkiyyətçilərinə dəymiş zərərin ödənilməsi haqda suallar cavabsız qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Səhmdar: «Özəlləşdirmənin nəticəsini niyə ləğv etdilər – bilmirəm»

Cəmiyyətin səhmdarı olmuş Vəzir Rəcəbov AzadlıqRadiosu-na özəlləşdirmənin nəticələrinin ləğvi barədə məlumatı olduğunu, lakin məhkəmə prosesinə cəlb olunmadığını bildirib. Onun sözlərinə görə, «Ağdam-Pambıq» ASC Azərbaycanda özəlləşdirilən iki pambıq zavodundan biridir ki, hazırda pambıq biznesinə nəzarət edən şirkətlərin əlinə keçməyib. «Zavod pis-yaxşı işləyirdi. Arada dividend də ödənilirdi. Nə səbəbə özəlləşdirmənin nəticəsi ləğv olunub, mənə qaranlıq qalır», – keçmiş səhmdar söyləyib.

Birinci özəlləşdirmə zamanı zavodun nizamnamə kapitalı 63 min 454 manat qiymətləndirilmiş, hər biri 2 manatdan 31 min 727 səhm buraxılmışdı. O zaman səhmlərin əsas hissəsini zavodun direktoru Kamil Sarıyev almışdı. Yenidən təşkil olunan müəssisənin nizamnamə kapitalı 263 min manatdan yuxarı qiymətləndirilib.

Zavoda yüksək qiymət qoyulub

Hərracın haqda elanda «Ağdam-Pambıq» MMC-yə torpaq sahəsi ilə birlikdə 872 min 500 manat ilkin qiymət qoyulduğu bildirilir. Hərrac mayın 30-da keçiriləcək.

Azərbaycandakı pambıq zavodlarının 14-ü «MKT İstehsalat Kommersiya» MMC-yə məxsusdur. Pambıq emalçıları arasında «CTS-Aqro» MMC, «Ağdaş-Pambıq», «Şamo» MMC və başqaları da var.

Özəlləşdirilməsinin nəticələrinə yenidən baxılan açıq səhmdar cəmiyyətlər sırasına «Xətai Tikinti Sənaye», «Aydın və Fəxrəddin Quliyev qardaşları adına Binəqədi İnşaat Sənaye», «Gəncə Pambıq Əyirici», «Xırdalan Ət» ASC-lər də salınıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button