2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ağdamın Baharlı qəsəbəsində havada naməlum aparat peyda oldu

Ağdamın Baharlı qəsəbəsində havada naməlum aparat peyda olub.

Qəsəbə sakinlərininModerator.az-a verdiyi məlumata görə, aparat bir neçə gündür ki, rayonun üzərində uçur.
Sakinlər ilk əvvəl bunun ermənilərin pilotsuz təyyarəsi olduğunu zənn etsələr də sonra məlum olub ki, bu qurğu ATƏT-in müşahidə kamerası olan aparatdır. ATƏT bununla tərəflərin mövqelərinə nəzarət edib hansı tərəfin atəşkəsi pozduğunu müəyyən edir.
Qeyd edək ki, aprel döyüşlərindən sonra ATƏT cəbhə bölgəsinə müşahidə kameralarının yerləşdirməsi haqda məsələ qaldırmışdı. O zaman rəsmi Bakı  etiraz edərək buna yol verməyəcəyini bildirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button