Now Reading:
Ağdaşda 17 yaşlı tələbəni ürəyindən vurdular

Ağdaş rayon sakinlərinin virtualaz.org saytına verdiyi xəbərə görə, hadisədən bir müddət öncə yeniyetmələr arasında mübahisə yaranıb. Həmin vaxt Coşqun Nəsibov Tərlan Hacıyevi döyüb. Tərlanın anası oğlunun döyülməsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə şikayət edib. Hacıyevlərin şikayəti əsasında Coşqun Nəsibovun valideynləri polisə çağırılıb.

Anasının polisə çağırılmasını özünə sığışdırmayan C.Nəsibov növbəti dəfə Tərlanla söhbət etməyi qərara alıb. Səhər saatlarında rayon mərkəzində təsadüfən rastlaşıblar. C.Nəsibov polisə şikayət etdiyinə görə ona iradını bildirib, aralarında növbəti dəfə dava-dalaş yaranıb. Bu dəfə insident qansız ötüşməyib. Həmyaşıdına gücü çatmayan Tərlan bıçağı onun ürəyinə saplayıb.

Bildirilir ki, mərhum Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi olub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.