2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Agentlik əməkdaşı minya düşüb

İyulun 27-də Azərbaycan Minatəmizləmə Agentliyinin  bir əməkdaşının minaya düşdüyü bildirilir. Onun partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunduğu qeyd edilir.

Bu barədə iyulun 27-də Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda Agentliyinin əməkdaşı Bəhruz  Nəsirovun piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti aldığı vurğulanır:

Saytların yığılması Saytlarin yigilmasi

“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. ”

Azərbaycan rəsmilərinin açıqlamasına görə, 10 noyabr sazişindən sonra 30 qədər adam minaya düşmə səbəbindən həlak olub, 110 -a yaxın isə eyni səbəbdən müxtəlif xəsarətlər alıb.

Azərbaycan buna görə, Ermənistan tərfini işğaldan azad edilən ərazilərə aid mina xəritələrini verməməkdə günahlandırır. Hərçənd, tərflər son aylar Azərbaycanda tutulan Ermənistan hərbi qulluqçularından bəzilərinin geri qaytarılması əvvəzində Ağdam, Füzuli və  Zəngilan rayonlarına aid mina xəritələrinin alındığını da vurğulayırlar. 

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona  nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Agentlik əməkdaşı minya düşüb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button