Loading...
Loading...
Xəbərlər

Ağstafada əməliyyat vaxtı yaralanan polis öldü

Ağstafada keçirilən əməliyyat zamanı xidmət yoldaşı tərəfindən ehtiyatsızlıqdan açılan atəşlə başından güllə yarası alan polis əməkdaşı dünyasını dəyişib.

27 yaşlı Vasif Bağırov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada keçinib.

Qeyd edək ki, axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Dağ Kəsəmən kəndində bir neçə gün əvvəl əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun başına dəyib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?
Back to top button