Loading...
Loading...
Gündəm

Ağstafada bələdiyyə sədri günahlandırılır

Ağstafa rayonunda Tatlı bələdiyyəsinin sədrinə ittiham irəli sürülüb.

Bu barədə Baş Prokurorluq bu gün, iyulun 1-də məlumat yayıb.

Məlumata görə, Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat müqabilində hər biri 0.12 ha olmaqla torpaq sahəsi sataraq rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməkdə şübhəli sayılır: “Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir”.

Hələlik, bu ittihama Q.İsmayılov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

24 saat” “Ağstafada bələdiyyə sədri günahlandırılır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button