Cəmiyyət

Ağstafada mikroavtobus qəzaya düşüb: 20 nəfər yaralanıb, vəziyyəti ağır olanlar var

Ağstafa rayonunda ağır yol qəzası baş verib. Magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə “QAZel” markalı avtomobil toqquşub, 20-yə yaxın şəxs xəsarət alıb.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Xəsarət alanlardan 3 nəfərinin vəziyyəti ağır, 12-nin isə durumu orta ağırdır.

Məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

“Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək” – məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

24 saat” “Ağstafada mikroavtobus qəzaya düşüb: 20 nəfər yaralanıb, vəziyyəti ağır olanlar var” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Son sutkada Azərbaycanda 161 nəfər koronavirusa yoluxub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button