2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ağstafanın keçmiş icra başçısı həbsdə vəfat edib

Bakı/08.09.21  Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusdan vəfat edib. Məlumatı Penitensiar Xidmətdə təsdiqləyiblər.

Quliyev 2019-cu ilin dekabrında rayonun bir sıra digər məmurları ilə birlikdə həbs edilib.

Bu il avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 9 il, onun müavini Ramiz Tatarovu isə 8,5 il müddətinə azadlıqdan məhrum edib. Onlar “külli miqdarda mənimsəmə”, “külli miqdarda rüşvət alma” və “xidməti səlahiyyətlərdən sui-istifadə”də təqsirli biliniblər.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə həmçinin cinayət yolu ilə əldə edilmiş və  istintaqın həbs etdiyi əmlakın dövlətin xeyrinə müsadirə olunması barədə qərar qəbul edib.

Quliyev 2019-cu ilin aprelində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan öncə on il Goranboy rayonuna rəhbərlik edib.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button