Loading...
Loading...
ÖLKƏ

Ağsuda sərxoş bələdiyyə sədrinin qumar oyunu: bir gənc bıçaqlandı

Olayda adı hallanan Vüqar Cavadov sabiq deputat Ərəstun Cavadovun qardaşıdır

Ağsu rayonundan ilginc məlumat daxil olub. Məlumatda göstərilir ki, 29 fevral tarixində gecə saatlarında rayonun Ərəbmehdibəyli kəndi ərazisində, bir qrup şəxs qumar oynayarkən, bıçaqlanma hadisəsi baş verib. Baş vermiş hadisədə diqqət çəkən məqam qumar oynayan və bıçaqlanma olayında iştirakçı olan şəxslərdən birinin Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri Cavadov Vüqar Nurəddin oğlunun olmasıdır.

Mənbənin bildirdiyinə görə qumar oyununda yaranan mübahisə zamanı bıçaqlanma hadisəsi də elə bələdiyyə sədrinin qumar oyunu ilə əlaqədar baş verib. Bununla bağlı hadisə yerində olan şəxsin cumhuriyyet.az-ın elektron poçtuna göndərdiyi məlumatda deyilir: “Bələdiyyə sədri Vüqar Cavadov möhkəm sərxoş idi. O, dəfələrlə uduzdu. Bu zaman onun tərəfdarlarından biri ona səsləndi ki, Vüqar müəllim sizi kartların paylanmasında aldadırlar. Hadisə də elə bundan sonra oldu”. Məlumatda bildirilir ki, Vüqar Cavadova aldadıldığını deyən gənc əvvəlcə orada olan şəxslər tərəfindən mökəmcə döyülüb, sonra döyülən şəxs macal tapıb bir nəfəri bıçaqlayıb. Daha sonra hadisə yerinə döyülən gəncin atası gəlib və o da həmin adamlar tərəfindən möhkəmcə döyülüb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə gecə kəndə polis və təcili tibbi yardım gəlib. Hazırda rayon polis şöbəsində araşdırma aparılır. Hüquq-mühafizə orqanları, hadisəyə səbəbkar olan bələdiyyə sədri Vüqar Cavadovun orada olmadığını qeyd etməklə onu himayə edirlər.

Qeyd edək ki, Vüqar Cavadov Ağsu rayonunun sabiq deputatı, Ərəstun Cavadovun qardaşıdır. Onun həcc ziyarətində olduğu qeyd edilir, eyni zamanda Vüqar Cavadovun içki düşkünü olduğu qeyd edilənlər sırasındadır.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Elçin İsmayıllı

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button