2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ah, Avropa, Avropa…

Hələ də kağız üzərində mövcud olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan Moldova) təşkilatının üç üzvü son 3 gün ərzində bir-birinin ardınca Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edib. Daha doğrusu, Rusiyanın Ukraynaya qarşı təcavüzü Avropanın tərəddüdlərinə son qoyub və postsovet ölkələrinin Qərbə inteqrasiyasını sürətləndirib. İlk addım Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən atıldı; o, döyüş meydanında Ukraynanın Aİ üzvlük müraciətinə imza atdıqdan sonra deyib ki, Qərb tərəfdaşlarının onun ölkəsini çox tezliklə bu təşkilata üzvlüyünə dəstək olacaqlarına inanır. O, Avropa İttifaqından yeni xüsusi prosedura əsasən dərhal üzv olmağı xahiş edir: “Biz Avropa İttifaqına Ukraynanın yeni xüsusi prosedur əsasında dərhal qoşulması ilə bağlı müraciət edirik”, – deyə o vurğulayıb.

V.Zelenski qeyd edib ki, Ukrayna, onun mövqeyini dəstəklədikləri üçün tərəfdaşlarına minnətdardır: “Amma məqsədimiz bütün avropalılarla birgə olmaq və ən əsası, bərabər səviyyədə olmaqdır. Əminəm ki, biz buna layiqik və bütün bunlar mümkündür”.

Cəmi bir gün sonra Ukraynanın müraciəti Avropa Parlamentinin bütün üzvləri tərəfindən yekdilliklə dəstəkləndi, prezident Zelenskinin videobağlantı vasitəsi ilə çıxışı ayaq üstə, sürəkli alqışlarla qarşılandı.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna müharibəsinin yaratdığı presedent Qərblə inteqrasiyada ardıcıl siyasət yürüdən Gürcüstanı və Moldovanı da həvəsləndirib. Dünən Gürcüstanın Baş naziri Avropa İttifaqına üzvlüklə bağlı müraciətini təqdim edib. “Avropa İttifaqına üzvlük üçün müraciət Gürcüstanın Avropaya inteqrasiya yolunda daha bir mərhələdir Bu, tariximizdə yeni səhifə açan və sələflərimizin Gürcüstanın bu təşkilata daxil olmasına yönəlmiş səylərini davam etdirən bir mərhələdir” – deyə, Baş nazir mərasimdəki çıxışında vurğulayıb.

Bu gün isə Moldova Avropa İttifaqına namizəd ölkə statusu üçün müraciət edib. Sənədi Moldova Prezidenti Maya Sandu imzalayıb.

Beləliklə, GUAM-a daxil olan ölkələrdən üzvlük üçün müraciət etməyən tək Azərbaycan qalıb. Bir neçə ilə əvvəl rəsmi Bakı Qoşulmama Hərəkatına üzv olub, hazırda onun dönəm sədrliyini həyata keçirir.  

Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlər qurmaq istəyir. Bu səbəbdən 15 il əvvəl qoşulduğu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də irəliləyiş əldə etməyib. Bu proqram üzv ölkələrdə iqtisadi, siyasi, hüquqi islahatlara dəstək, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və nəticədə Avropa İttifaqı ilə Assosiativ Sazişin imzalanmasını nəzərdə tutur. Bu mərhələni keçən ölkələr Aİ üzvlüyünə namizəd statusu əldə edirlər ki, bu da təşkilata tamhüquqlü üzv olmağa qədərki sonuncu addım hesab olunur.  

Qeyd edək ki, bu proqram postsovet məkanının 6 ölkəsinə – Azərbaycan, Belarus, Ermənistan, Moldova, Ukrayna və Gürcüstan – şamil edilib. Onlardan Gürcüstan, Ukrayna və Moldova AB ilə assosiativ saziş imzalayıb. Qərb tərəfindən diktator, qeyri-legitim dövlət başçısı elan edilən Lukaşenko rejiminə görə Belarus proqramdan kənarlaşdırılıb. Ermənistan da 2017-ci ildə Rusiyanın təzyiqlərinə görə Assosiativ Sazişi imzalamaqdan imtina edib, bir müddət sonra ölkədə baş verən inqilabi proseslər Serj Sarkisyanın hakimiyyətdən devrilməsi ilə nəticələnib. İqtidara gələn Paşinyan hakimiyyəti isə Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb.   

Azərbaycan isə bu addımların heç birini atmayıb, 4 ildən çoxdur müzakirəsi gedən tərəfdaşlıq sazişinin nə zaman imzalanacağı isə məlum deyil. Ötən həftə diplomatik kanallardan mediaya ötürülən məlumatda bildirilib ki, rəsmi Bakı ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək.

Xatırladaq ki, fevralın 21-də Bakıda səfərdə olan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu bildirmişdi.

Həmin gün Rusiyaya rəsmi səfərə hazırlaşan prezident İlham Əliyev isə ona Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini demişdi. 

İmzalanması gözlənilən Saziş layihəsinin 90 faizinin razılaşdırıldığı, bir neçə prinsipial məqamlar üzərində müzakirə getdiyi bildirilir.

Yaranmış durumu Pressklub.az-a şərh edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bildirib ki, Azərbaycanın Avropa Birliyi ilə assosiasiya sazişi yoxdur, amma Ukraynanın, Gürcüstanın və Moldovanın var, onlar əməkdaşlıq baxımından Avropa ilə münasibətlərdə eyni statusdadırlar. Ekspert əlavə edib ki, Ermənistan və Azərbaycan bu məsələdə geridə qalırlar: “Azərbaycanın tərəfdaşlıq sazişi imzalayacağı barədə yenilik yoxdur. Mən, açığı, sazişin bu il Avropa Komissiyası ilə imzalanacağını gözləyirdim. Sənədin üzv dövlətlər tərəfindən Avropa Parlamentində ratifikasiyasını isə gələn ilə gözləyirəm. Danışıqların gedişatı bunu deməyə əsas verir. Yanılmıramsa, hər iki tərəf bəyan edib ki, saziş layihəsi üzərində tamamlama işi gedir”.

A.Məmmədlinin sözlərinə görə, perspektivdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin necə olacağı bu sənəddə yer alan müddəaların yerinə yetirilməsindən asılıdır. SMDT sədri əlavə edib ki, bu sahədə Azərbaycanla digər ölkələri – Ukrayna, Gürcüstan və Moldovanı müqayisə etmək yersiz olar: “Onlar Avropa Birliyi bir sıra sazişlər həyata keçiriblər. Xüsusən, Ukrayna bu sahədə daha fəal olub. Bu ölkədə həm iqtisadi, həm də siyasi sahədə ciddi islahatlar aparılır. 

Azərbaycan bu addımların heç birini atmayıb, ona görə də bizim ölkənin Avropa Birliyinin üzvlüyünə namizəd olması barədə belə danışmaq çox erkəndir. Amma tərəfdaşlıq sazişi imzalanarsa və qarşıdakı illərdə ciddi islahatlar həyata keçirlərsə, Azərbaycanın Avropa Birliyinə üzvlüyə namizəd statusu əldə etməsi mümkündür. Hazırda Ukrayna ətrafında proseslərin gərgin vaxtında Azərbaycanın bu istiqamətdə addım atmasını gözləmirəm”

Anar Məmmədli hesab edir ki, Rusiyanın təcavüzündən dolayı Qərbin qoyduğu sanksiyalardan Azərbaycan da ciddi şəkildə əziyyət çəkəcək. “Ona görə də Avropa Birliyi ilə Çoxtərəfli Əməkdaşlıq Sazişinin imzalanmasına və bu çərçivədə qurumun maliyyə yardımlarını əldə etməyə bizim çox ehtiyacımız var”, – ekspert vurğulayıb.

Turqut   

The post Ah, Avropa, Avropa… appeared first on 24 saat.

24 saat” “Ah, Avropa, Avropa…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button