2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb

Yayımlandı: 24 Avqust 2022 16:25

Natiq Cəfərli: “Qiymət artımına səbəb ola biləcək artım deyil”

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında bildirilib.

Avqustun 23-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə qaldırılıb.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Qərara görə, Azərbaycanda istehsal edilən və qiyməti dövlət tərəfindən tənzimlənən benzin və dizelin satış məntəqələrindən Naxçıvana daşınmasına görə çəkilən artıq xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya veriləcək.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, bu, qiymət artımına səbəb ola biləcək artım deyil:

“Amma gələcəkdə istehsalçılara bəhanə verə bilər ki, Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət etsinlər”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button