2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Aİ-98” super markalı benzinin qiyməti qalxacaq

Azərbaycanda “Aİ-98” super markalı benzinin satış qiymətinin qalxması gözlənilir.

24saat.org xəbər verir ki, bir neçə gündür ki, yanacaqdoldurma məntəqələrində “Aİ-98” super markalı benzinin satışı dayanıb. Bildirilir ki, yalnız SOCAR-ın myanacaqdoldurma məntəqələrində saılan bu məhsulun qəhətə çəkilməsi dünya birjalarında neftin qiymətinin bahalaşması ilə bağlıdır.

“Aİ-98” super markalı və “Aİ-95” premium markalı benzin Azərbaycanda istehsal olunmur və xaricdən idxal edilir. Hazırda “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN, “Aİ-95” premiumun qiyməti isə 1,25 AZN, təşkil edir. 2017-ci ilin noyabr ayınadək isə bu məbləğ 0.20 manat daha ucuz idi. Həmin vaxt qiymət artımını belə izah etmişdilər ki, “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Ona görə də xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan “Aİ-95” premium markalı və “Aİ-98” super markalı benzinin qiyməti sərbəst təyin edilir. Yəni , bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda dünya birjalarında xam neftin qiymətinin bahalaşması yenidən idxal benzinlərinin qiymətinin artımına səbəb olur. Görünən odur ki, yeni qiymətlə Azərbaycana benzin idxal etmək sərf etmir. Bu səbəbdən də hələlik yanacaqdoldurma məntəqələrində yoxa çıxan “Aİ-98” markalı benzinin və “Aİ-95”-in qiymətinin artması gözlənilən və hətta qaçılmadır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button