2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aİ-Azərbaycan sazişi danışıqları noyabrda sonlana bilər

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların əsas hissəsi və ya hamısı noyabrda Şərq Tərəfdaşlığı konfransına qədər sonlana bilər, Aİ-nin Bakı ofisindən BBC Azərbaycancaya bildirilib.

“Hər iki tərəf bu danışıqların o vaxta qədər bitməyini istəyir. Düşünürəm ki, çox ambisiyalı istəkdir, amma indiki siyasi iradə və danışıqların düzgün tempi qorunarsa bu mümkündür”, Aİ Azərbaycan nümayəndəliyinin Birinci Müşaviri Denis Daniilidis müsahibəsində deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 25-də Aİ və Azərbaycan yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən bu sazişi müzakirə etməyə başlayıb.

Daniilidis əlavə edib ki, “konstruktiv atmosferdə” keçən görüşdə danışıqların ilk mərhələsi olub və tərəflər giriş və əməkdaşlığın əsas prinsipləri barədə razılığa gəliblər.

“Görüş bir gün olmalı idi, amma ikinci günə də uzadıldı. Hər iki tərəf istəyirdilər ki, mövzuların böyük hissəsini müzakirə etsinlər. Lakin bəzi hissələr qalıb, onları may ayının sonunda video konfransda müzakirə edəcəklər”, deyən müşavir qalan məsələlər barədə detallı açıqlama verməyib və o hissələri “daha əhəmiyyətsiz” adlandırıb.

“Əsas odur ki, tərəflər çox ambisiyalıdır və mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən də o tərəfə keçmək istəyir”.

Növbəti mərhələdə ticarət və iqtisadi əməkdaşlıq müzakirə edilməlidir.

Yeni saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür.

Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button