2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Aİ Ermənistana və Azərbaycana vasitəçilik təklif edir

Bakı/28.08.21 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinə kömək etməyə hazırdır. ru.armeniasputnik.am-ın məlumatına görə, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Ermənistan XİN başçısı Ararat Mirzoyana bu vəzifəyə təyin edilməsi məqsədilə göndərdiyi təbrik məktubunda deyilir. 

 Borrel öz məktubunda qeyd edib ki, Ermənistan Avropa İttifaqının mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, 2018-ci ildən etibarən Yerevan və Brüssel arasında münasibətlər xeyli fəallaşıb, 1 mart 2021-ci il tarixində Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Sazişin qüvvəyə minməsi isə yeni müsbət mərhələ oldu.

“Bu sazişin həyata keçirilməsi bizim ikitərəfli münasibətlərimizdə əsas məqamdır və biz qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən demokratiyanın möhkəmləndirilməsinə, qanunun və insan hüquqlarının aliliyinə, iş yerlərinin açılmasına və biznes qurulmasına, ətraf mühitin, təhsilin vəziyyətinin və elmi araşdırmalar üçün imkanların yaxşılaşdırılmasına yönəlmiş məsələlərdə əməkdaşlığı davam etdirməyə hazırıq”, deyə Avropalı məmurun məktubunda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

O, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli nizamlanmasına şərait yaratmağa, münaqişəsonrası bərpaya və iki tərəf arasında etimad mühitinin yaranmasına yönəlmiş tədbirlərə yardım etməyə hazır olduğunu təsdiq edib.

“Bu kontekstdə biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməyə davam edirik. Sərhədlərin delimitasiyası məsələsində kömək etməyə hazırıq”, deyə məktubda qeyd edilir. -0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button