2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Aİ İrana yeni sanksiyalar açıqlayacaq

Bu gün – noyabrın 14-də Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə bir araya gələrək İrana yeni sanksiyalar açıqlamalıdır. Blok Tehranın dinc etirazçılara genişmiqyaslı divan tutmasını pisləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Sentyabrın 16-da Məhsa Əmininin əxlaq polisinin nəzarətində vəfatı ölkədə böyük etirazlara səbəb olub. HRANA xəbər agentliyi indiyədək 336 nümayişçinin öldürüldüyünü, 15 mindən çox insanın saxlandığını bildirir.

“Nümayişçilərə qarşı repressiyaya görə məsuliyyət daşıyan şəxslərə daha bir sanksiya paketini təsdiqləyəcəyik”, – Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel Brüsseldə danışıqlar öncəsi jurnalistlərə deyib.

Oktyabrda sanksiyaların birinci raundunda Aİ gənc qadının ölümü və etirazçılara divan tutulmasına görə 15 iranlıya və quruma səyahət qadağası açıqlayıb, aktivlərini dondurub.

Fransa Prezidenti Emmanuel Makron Aİ-nin İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilat təsnifatına salması ehtimalından danışıb.

“Biz bir neçə nəfər olaraq Pasdarana (İİKK) və rejimdəki şəxslərə hədəfli sanksiyalara çağırırıq”, – Makron bu gün “France Inter” radiosuna deyib.

Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanıb. Şahidlər onun bu zaman döyüldüyünü deyir.

Ölkənin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Tehranda etirazların davam etdiyi bildirilir.

24 saat” “
Aİ İrana yeni sanksiyalar açıqlayacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button