2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Aİ Kosovoya vizasız giriş verərsə…

Belqrad Kosovo serblərinə xüsusi Serbiya pasportları verir. Ancaq bu sənəd üçüncü ölkələrə vizasız getməyə imkan vermir

Saytların yığılması Saytlarin yigilmasi

Etnik parçalanma ilə ad çıxarmış Balkanlarda çox az mövzu insanları viza qaydalarının liberallaşdırılması qədər birləşdirə bilər.

Kosovolular Balkanlarda Şengen zonasına hələ də viza ilə daxil olan yeganə vətəndaşlardır. Bir çox kosovolular bunu özlərinə qarşı ikinci sort vətəndaş münasibəti kimi qəbul edirlər. Çoxunu etnik albanların təşkil etdiyi 1,7 milyon nəfərlik əhalisi olan Kosovo qismən tanınmış ölkədir.

Avropa İttifaqının (Aİ) 22 üzvündən başqa daha 4 ölkəni əhatə edən Şengen zonasında viza qaydalarını tənzimləyən Avropa Dövlət və Hökumət Başçıları Şurasının Viza Qurumunun (Visa Working Party) oktyabrın 13-də keçiriləcək iclasının gündəliyində Kosovo da var. Aİ-nin prezidentliyinə yeni gələn Çexiya da Kosovonu öz prioritet siyahısına salıb. Bu, kosovolulara ümid verir.

“Avropa İttifaqı çox tezliklə texniki aspektlərə yenidən baxacaq və ümid edirəm ki, Çexiyanın prezidentliyi dövründə Kosovo üçün viza qaydalarının liberallaşdırılması üzrə razılığa gəlinəcək”, – Çexiyanın Xarici işlər naziri Yan Lipavski sentyabrın 29-da Priştinada deyib.

Bu məsələ İspaniya, Yunanıstan və Rumıniya da daxil olmaqla Aİ-nin Kosovonun müstəqilliyini rəsmən tanımayan bir neçə ölkəsini narahat suallarla üz-üzə qoyur.

Ancaq Fransa və Niderlanddan də təzyiqlər müşahidə oluna bilər. Kosovoluların Şengen zonasına vizasız buraxılmamasına görə əsasən bu iki ölkə günahlandırılır.

Son zamanlar genişlənmə ilə bağlı fərqli siqnalların verilməsi Balkanlarda Aİ-yə etimadı zəiflədib. Aİ-nin üzvü olan Bolqarıstan Şimali Makedoniya ilə üzvlük danışıqlarına veto qoyub. Ancaq eyni zamanda Ukrayna və Moldovanın müraciət ərizələri sürətləndirilmiş prosedurla qabağa salınıb. Halbuki bu iki ölkə Aİ-nin tələbləri ilə bağlı ciddi irəliləyiş əldə etməyiblər.

2018-ci ildə həm Avropa Komissiyası, həm də Avropa Parlamenti Kosovonun bütün tələblərə cavab verdiyi qənaətinə gəlib. Bütün bunlardan sonra Brüsselin Kosovoya vizasız giriş statusu verməməsi Priştinanı məyus edir.

Kosovo Prezidenti Vyosa Osmaninin bununla bağlı Lipavskiyə gileyləndiyi bildirilir. O, kosovolulara qarşı haqsızlığa yol verildiyini deyib.

Qərbə səyahət haqqı Balkanlarda çox həssas mövzudur. Soyuq müharibə dövründə Yuqoslaviya pasportu olan vətəndaşlar Şərqlə Qərb arasında sərbəst hərəkət edə bilirdilər. Ancaq “Dəmir pərdənin” dağılması və Yuqoslaviyanın parçalanması ilə bu imtiyaz aradan qalxdı.

Sonrakı onilliklərin izolyasiyası isə yalnız tədricən, 2009-cu ildə Aİ-nin Serbiya, Monteneqro və hazırkı Şimali Makedoniya kimi ölkələrə vizasız gediş-gəliş qaydaları tətbiqindən sonra aradan qalxmağa başladı.

Kosovonun müstəqilliyinin tanınması məsələsi işləri çətinə salır. Serbiya özünün keçmiş əyalətinin müstəqilliyini tanımaqdan imtina edir və kölgə qurumlar və infrastrukturun köməyilə Kosovonun şimalında yaşayan etnik serb əhalisi ilə sıx əlaqələrini qoruyub saxlayır. Priştina bundan narazıdır.

Belqrad Kosovo serblərinə Serbiya Daxili İşlər Nazirliyinə aid Koordinasiya direktoratı vasitəsilə xüsusi Serbiya pasportları verir. Ancaq bu sənəd üçüncü ölkələrə vizasız getməyə imkan vermir.

Şengen vizaları məsələsində irəliləyiş nəinki kosovolu səyahətçilərin işini asanlaşdırar, həm də Kosovoda yaşayan serbləri suverenliyini tanımaq istəmədikləri sistemi dəstəkləməyə həvəsləndirər.

Kosovolular Avropada ən gənc əhalidir. Bununla yanaşı, Kosovo da qonşuları kimi demoqrafik böhranla üz-üzədir. Çünki onun da vətəndaşları iqtisadi və siyasi təhlükəsizlik axtarışında ölkələrini tərk edirlər.

Bəzi tənqidçilər Şengen sərhədlərinin qısa, vizasız ziyarətlər üçün açılmasının daha çox insanı mühacirətə təşviq edəcəyini və ya qanunsuz miqrasiya üçün cığır açacağını deyirlər.

24 saat” “
Aİ Kosovoya vizasız giriş verərsə…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button