Loading...
Loading...
ÖLKƏDünya

Aİ-nin sanksiya siyahısında Abramoviç də var

Sanksiyalarda Rusiyanın “ən çox istənən ölkə” ticarət statusunun ləğvi nəzərdə tutulmayıb

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynanı işğalına görə sanksiyaların dördüncü paketini təsdiqləyib. Çelsi futbol klubunun sahibi Roman Abramoviç daxil bir sıra oliqarxların aktivləri dondurulur.

Tədbirlər martın 15-də dərc olunan kimi qüvvəyə minir. Rusiyadan polad və dəmir idxalı, bu ölkəyə 300 avrodan baha malların və 50 min avrodan baha avtomobillərin ixracı, neft şirkətləri və enerji sektoruna investisiyalar yasaqlanır.

Müharibəni dayandırmaq

Prezident Vladimir Putin Ukrayna xalqına qarşı müharibəni davam etdirdikcə, biz də Ukraynanı qətiyyətlə dəstəkləyir, Kremlin müharibə maşınının maliyyəsini kəsirik”, – Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel deyib.

Borrelin sözlərinə görə, sanksiyaların məqsədi Prezident Putinin bu qeyri-insani və mənasız müharibəsini dayandırmasıdır.

Sanksiyaların öncəki üç raundunda Rusiya mərkəzi bankının aktivləri dondurulub, Rusiya və Belarusun böyük bankları SWIFT bank sistemindən çıxarılıb.

Yeni sanksiyalar Aİ-nin kredit reytinqi agentliklərinin Rusiya və Rusiya şirkətləri üçün reytinq hazırlamasını yasaqlayır. Məqsəd onların Avropanın maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdırmaqdır.

Ticarət statusu ləğv olunmur

Sanksiyalarda Rusiyanın “ən çox istənən ölkə” ticarət statusunun ləğvi nəzərdə tutulmayıb. Amma Aİ bildirir ki, Dünya Ticarət Təşkilatının digər üzvləri ilə birlikdə “əsas təhlükəsizlik maraqlarımızı qorumaq” üçün gərəkən addımlara hazırdır.

Martın 11-də ABŞ Böyük yeddilərin G7 qrupu ilə yekdil şəkildə Rusiyanın “normal ticarət partnyoru” statusunu ləğv edib. Rəsmən “ən çox istənən ölkə” adlanan bu status ona malik olan ölkəyə daha sərfəli və güzəştli sövdələşmələr imkanı yaradır.

Abramoviçlə yanaşı siyahıda banker German Xan, polad maqnatı Viktor Raşnikov, “kremlpərəst təbliğatçı” Dmitry Kulikov, media maqnatı Konstantin Ernst, Rosneft rəhbəri İqor Seçinin keçmiş həyat yoldaşı Marina Seçina da var.

24 saat” “
Aİ-nin sanksiya siyahısında Abramoviç də var
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Xarkov atəş altında, Kiyevdə partlayışlar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button