2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Aİ nümayəndələri Rusiyaya qarşı sanksiyaları dəstəkləyirlər

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını dəstəkləyirlər.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Aİ Nümayəndələr Komitəsi Rusiyanın Ukraynada vəziyyətin qeyri-sabit olması ilə bağlı hərəkətlərini və Minsk razilaşmalarının həyata keçirilməsini nəzərə alaraq, bu qərara gəliblər. Bundan sonra qərarı Aİ Nazirlər Şurası təsdiqləməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib ki, sanksiyaların müddətinin uzadılması məsələsi artıq həll olunub, amma yarım il ərzində onlar zəiflədilə bilər.

Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətinə 3 müxtəlif istiqamət daxildir. Birincisi, fərdi sanksiyalar Rusiya vətəndaşlarına qarşı viza məhdudiyyətlərini nəzərdə tutur. İkincisi, RF dövlət şirkətlərinə (neft, müdafiə və maliyyə) qarşı sahəvi xarakterli sanksiyalardır. Üçüncüsü isə Krıma qarşı tətbiq olunan sanksiyalardır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button