2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Aİ Rusiyaya qarşı sanksiyaların 10-cu paketini hazırlayır

Avropa İttifaqı fevralın 3-də Kiyevdə keçiriləcək sammiti ərəfəsində bəyan edib ki, Rusiyaya qarşı yeni sanksiyaların qoyulmasına hazırlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Moskva Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri bu, İttifaqın Rusiya üzərinə sayca 10-cu paketi olmalıdır.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa İttifaqının 15 komissarı fevralın 2-də Ukrayna paytaxtına gəliblər.

Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında Von der Leyen deyib ki, sanksiyalar Rusiya üzərinə ağır yükdür və Moskvanı “bir nəsil geriyə” atır.

O bunu da əlavə edib ki, təkcə Aİ-nin Rusiya neftinə qoyduğu ən yüksək qiymət həddinə görə Moskva hər gün 160 milyon avro (176 milyon dollar) itirir.

Volodimir Zelenski isə deyib ki, o “bir ara yavaşıyandan sonra” Aİ sanksiyalarının yenidən vüsət alacağına ümid edir.

Ursula von der Leyen deyib ki, Avropa İttifaqı G7 qrupundan olan partnyorlarla birlikdə Rusiyanın neft məhsullarına əlavə qiymət həddi qoyulmasına hazırlaşır.

Onun sözlərinə görə bu addım fevralın 24-ə, müharibənin birinci ildönümü gününə qədər atılmalıdır.

Xanım Von der Leyen vurğulayıb ki, Rusiya üzərinə sanksiyaların 10-cu paketi də həmin günədək elan olunmalıdır.

Korrupsiyaya qarşı mübarizə

Von der Leyen habelə Ukrayna hökumətinin son günlərdə korrupsiya ilə mübarizə sahəsində atdığı cəsarətli addımları təqdir edib və xatırladıb ki, bu, Kiyevin Aİ üzvlüyü üçün əsas şərtlərdən biridir.

Ötən iyunda Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verilib.

Von der Leyenin səfəri ərəfəsində Ukraynada bir sıra yüksək vəzifəli məmurların evlərinə reydlər keçirilib.

Ukraynaya səfər etmiş nümayəndə heyətinin tərkibində Aİ xarici işlər komissarı Jozep Borrel də var.

O Twitter-də yazıb:

“Biz Kiyevə Aİ-nin bütün ukraynalılara öz ölkələrinin müdafiəsində ən güclü dəstək mesajı ilə gəlmişik. Rusiya müharibəyə başlayandan bəri Aİ-nin Ukraynaya yardımı 50 milyard avroya çatıb. Avropa müharibənin ilk günündən Ukrayna ilə olub və qələbə və yenidənqurma üçün də sizin yanınızda olacaq”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kiyevə fevralın 3-də gəlməlidir.

24 saat” “
Aİ Rusiyaya qarşı sanksiyaların 10-cu paketini hazırlayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button