2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Aİ Şimal axını kəmərindən sızmaların ‘qəsdən’ törədildiyini deyir

Podolyak Rusiyanı “Avropada iqtisadi vəziyyəti pozmaq, qışöncəsi çaxnaşma yaratmaq” cəhdində suçlayıb

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqı (Aİ) inanır ki, iki Rusiya-Almaniya sualtı qaz kəmərindən sızmalar “təsadüfi” deyil, onların “bilərəkdən” törədilməsinin əlamətləri var. Bunu blokun Xarici siyasət rəhbəri Jozep Borrel sentyabrın 28-də deyib.

Şimal axını 1 və 2 kəmərlərində sızmalardan “dərin narahatlıq” bildirən Borrel təhqiqat aparılmasına çağırıb. Onun sözlərinə görə, “bütün mümkün informasiya bu sızmaların bilərəkdən törədilən akt nəticəsi olduğunu göstərir”.

Bu bəyanatlardan öncə İsveç və Danimarkadan seysmoloqlar sızmaya dəlillər aşkarlanan yerlərə yaxın güclü partlayışlar qeydə alındığını bildiriblər. İsveç polisi mümkün sabotajla əlaqədar təhqiqata başlayıb.

Borrel deyib ki, Avropanın enerji infrastrukturuna hər hansı məqsədli müdaxilə tamamilə qəbuledilməzdir, buna “qəti və birgə reaksiya” veriləcək.

İsveç polisinin sözçüsü isə deyib ki, “hesabat hazırlanıb və cinayət böyük sabotaj kimi təsnif olunub”.

Bu sızmalar böyüyən enerji böhranıyla bağlı narahatlıqlar fonunda baş verib. Qərb ölkələri isə Moskvanın Ukraynaya səbəbsiz hücumuna cavab olaraq Rusiyadan enerji təchizatında imtina edirlər.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak deyib ki, xəbəri yayılan qaz sızmaları Moskvanın gerçəkləşdirdiyi “terror hücumu”nun nəticəsidir.

Podolyak Rusiyanı “Avropada iqtisadi vəziyyəti pozmaq, qışöncəsi çaxnaşma yaratmaq” cəhdində suçlayıb.

Polşa və Danimarkanın baş nazirləri, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də hadisəni sabotaj adlandırıblar.

Moskva Şimal axını 1 ilə Avropaya qaz axınını əvvəlcə azaldıb, avqustda tamamilə dayandırıb, Qərbin sanksiyalarının texniki çətinliklər yaratdığını iddia edib.

Şimal axını 2 bu yaxınlarda tamamlansa da, Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlamamışdan bir neçə gün öncə onunla qaz idxalını planlarını dayandırıb.

Ancaq hər iki kəmərdə yüksək təzyiqli qaz var.

24 saat” “
Aİ Şimal axını kəmərindən sızmaların ‘qəsdən’ törədildiyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button