2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Aİ “Ukrayna, Gürcüstan və Moldova bəyannaməsi” barədə razılığa gəlib

AzadlıqRadiosu xəbər verir ki, Avropa İttifaqı səfirləri gələn ay keçirələcək sammitin bəyannamə layihəsinə Gürcüstan, Moldova və Ukraynanın ittifaqa üzv olmaq “istəyinin” daxil edilməsinə dair konsensusa gəliblər.

Beləliklə Avropa İttifaqının 28 ölkəsinin nümayəndələri oktyabrın 11-də Brüsseldə keçirilən görüşdə, noyabr sammitində elan edilməli olan bəyannamə mətninə dair aralarındakı fikir ixtilafını ləğv ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu bəyannamə Şərq Tərəfdaşlığına daxil 6 ölkədən üçünə Avropa İttifaqı ilə münasibətlərdə “xüsusi statusun” tanınmasını ehtiva edir. Şərq Tərəfdaşlığına Moldova, Gürcüstan, Ukraynadan başqa Azərbaycan, Ermənistan və Belarus da daxildir.

Bu o deməkdir ki, sözü gedən noyabr sammitində Avropa İttifaqının bu 6 ölkədən məhz üçünə – Moldova, Gürcüstan və Ukraynaya xüsusi “yaxınlıq statusunun” verilməsi rəsmən təsdiqini tapacaq.

Bundan əvvəl Hollandiya hökuməti bəyannamənin belə birmənalı mətninə etiraz edirdi.

Sözü gedən üç ölkə,Azərbaycan, Ermənistan və Belarusdan fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişlərinin imzalanmasını tam başa çatdırıb.

Buna baxmayaraq Ukrayna barəsində müddəaya Hollandiya hökumətinin istədiyi şəkildə istisna daxil edilib. Bu o demıəkdir ki, Avropa İttifaqı Ukraynaya Aİ üzvlüyü və ya Aİ-nin hərbi dəstəyi şəklində qarantiya vəd etmir.

Macarıstan da bu sənəddə Kiyevlə bağlı müddəanın müəyyən şəkildə dəyişdirilməsinə nail olub.

Budapeşt bu yaxınlarda Ukraynada qəbuil edilmiş təhsil qanunu ilə bağlı hisddətini ifadə etmişdi. Yeni qanun milli azlıqların məktəblərdəki tədrisinə məhdudiyyətlər qoyur.

Bəyannamənin redaktə edilmiş formasında bildirilir ki, üzv ölkələr azlıqlara münasibətdə diskriminasiya tətbiq etməyəcək və təhsil sisteminin islahatları zamanı Avropa Şurasının prinsiplərini rəhbər tutacaqlar.

AzadlıqRadiosu bildirir ki, qəbul olunmuş bəyannamə mətninin sammitin keçirləcəyi 24 noyabradək dəyişdiriləcəyi gözlənilmir, çünki 28 ölkə, mətni 3 aydır müzakirə olunan sənədin ləngidilməsinə yol vermək istəməzdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button