2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Aİ üzvləri Rusiyayla sadələşdirilmiş viza rejiminin ləğvinə razılaşır

Sazişin ləğvi Aİ-də viza prosesini çətinləşdirəcək, daha baha və bürokratik edəcək, vizalara baxılma müddətini uzadacaq

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqının (Aİ) 27 üzvü rusiyalılar üçün sadələşdirilmiş turist vizaları sazişinin ləğvinə razılaşıblar. Bunu Aİ-nin baş diplomatı Jozep Borrel avqustun 31-də Aİ xarici işlər nazirlərinin Praqadakı iclasının ikinci günü deyib.

Borrel qeyd edib ki, razılaşmanın məqsədi rusiyalıların “viza şoppinqi”nin qarşısını almaqdır. Belə ki, rusiyalılar qaydalar sərt olmayan blok üzvlərinə viza üçün müraciət edərək sonradan Şengen ərazisində sərbəst səyahət edə bilirlər.

Sazişin ləğvi Aİ-də viza prosesini çətinləşdirəcək, daha baha və bürokratik edəcək, vizalara baxılma müddətini uzadacaq.

***

Macarıstanın Xarici işlər naziri Piter Szijarto deyir ki, Avropa İttifaqı (Aİ) Rusiyayla sadələşdirilmiş viza sazişini dayandıracaq, ancaq rusiyalıların hamısına qadağa qoymayacaq. Blokun bəzi üzvləri Praqada keçirilən toplantıda belə bir çağırış edirdi.

“Rusiya vətəndaşlarına ümumi viza qadağası qoyulmayacaq… Bir sıra üzvlər, o cümlədən mən bununla bağlı narahatlığımızı bildirmişik”, – Szijarto avqustun 31-də Facebook-da yazıb.

O, viza sazişinin 27 üzvlük blokun kvalifikasiyalı çoxluğu ilə ləğv olunacağını desə də, Macarıstanın bu çoxluğa qoşulub-qoşulmayacağını açıqlamayıb.

Aİ hələlik, bu xəbəri təsdiqləməyib. Hazırda Çexiya paytaxtında görüş davam edir.

Rusiyalılara viza verilməsini məhdudlaşdırmaq məsələsi son günlər Aİ-nin bəzi üzvləri tərəfindən ortaya atılıb. Ancaq Rusiyaya belə bir sanksiyanın tətbiqi üçün blokun 27 üzvünün hamısı ona razılıq verməlidir.

Rusiya ilə həmsərhəd Baltik ölkələri, Polşa və Finlandiya rusiyalılara turist vizalarının verilməsini məhdudlaşdırmağa çağırırlar. Aİ Rusiyadan uçuşları qadağan edib. Hazırda səyahətçilərin çoxu Aİ ölkələrinə quru sərhədlərini keçərək gedirlər.

Aİ ilə Rusiya arasında sadələşdirilmiş viza qaydaları fevralın sonundan, Ukraynaya təcavüz başlayandan qismən dayandırılıb. Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxslərə, Rusiyadan rəsmi nümayəndə heyətlərinə və diplomatik pasport sahiblərinə qadağalar tətbiq edilib.

24 saat” “
Aİ üzvləri Rusiyayla sadələşdirilmiş viza rejiminin ləğvinə razılaşır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button