Aİ və Ukrayna liderləri Kiyevdə görüşür
Fevralın 3-də Kiyevdə və Ukraynanın bütün ərazisində hava həyəcanı verilib. Bu, Ukrayna paytaxtında Avropa İttifaqı (Aİ) liderləri ilə bir araya gəldiyi vaxta baş verib.
Rəsmilər vətəndaşları ən yaxın sığınacaqlara getməyə çağırıb. Son aylar Rusiyanın raket zərbələri Ukraynanın elektrik şəbəkəsinə böyük ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Aİ rəhbərliyinin yüksək səviyyəli görüşündə Aİ-nin Rusiya işğalına qarşı mübarizə aparan Kiyevə dəstəyi, həmçinin Ukraynanın 27 üzvlük bloka üzvlük məsələsinin müzakirə olunacağı gözlənir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen fevralın 2-də Kiyevdə Prezident Zelenski ilə birgə mətbuat konfransında deyib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır. Bu artıq Ukrayna müharibəsi başlayandan Moskvaya qarşı 10-cu sanksiya paketidir.
Von der Leyen və Avropa Şurasının Prezidenti Şarl Mişel fevralın 3-də Zelenski ilə yenidən danışıqlar aparmalıdır.
Zelenski fevralın 2-də axşam deyib ki, Ukrayna bu il Aİ-yə üzvlük danışıqlarına başlamağa hazırdır. Onun sözlərinə görə, əlavə inteqrasiya ukraynalıları həvəsləndirər, onlara Rusiya qoşunlarına qarşı vuruşmağa “motivasiya” verər.
Ukraynaya ötən ilin iyununda Aİ-yə namizəd statusu verilib.