2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM Azərbaycandan göndərilmiş iki iş üzrə kommunikasiyaya başlayıb

Yayımlandı: 16 Fevral 2023 13:33

Fariz Namazlı: “Bu məsələdə daxili müdafiə vasitələri yoxdur”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş iki iş üzrə kommunikasiyaya başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İşlərdən biri Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli ilə bağlıdır.

Məhkəmə Gültəkin Hacıbəylinin keçmiş ərinin onun ünvanına söylədiyi fikirlərə görə verdiyi iddianın yerli məhkəmələrdə təmin edilməməsinə dair şikayətini araşdıracaq.

Burada məhkəmə Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsin özəl həyatına, xüsusən şərəf və ləyaqətinə hörmət hüququnun pozuntusunun olub-olmaması, həmçinin Konvensiyanın 35-ci maddəsi üzrə bütün daxili müdafiə vasitələrinin tükəndirilib-tükəndirilməməsinə dair suallar ünvanlayıb.

Ərizəçinin nümayəndəsi Elçin Sadıqovdur.

Digər iş üç ərizəçinin məhkəmə prosesləri zamanı (1-ci ərizəçinin Bakı Ağır Cinayətlər Məhkəməsi, 2-ci ərizəçinin Gəncə Apellyasiya Məhkəməsi, 3-cü ərizəçinin Xəzər Rayon Məhkəməsində) dəmir qəfəsdə saxlanmasından verilən şikayətlə bağlıdır.

Məhkəmə Konvensiyanın 3-cü maddəsi üzrə ərizəçilərin dəmir qəfəsdə saxlanmasının işgəncəyə məruz qalmamaq hüququnun pozulub-pozulmaması ilə bağlı sual ünvanlayıb.

Ərizəçilərin nümayəndəsi Cavad Cavadovdur.

Fariz Namazlı
Fariz Namazlı. Foto: Azadlıq Radiosu

Vəkil Fariz Namazlı deyir ki, şəxslərin məhkəmə prosesləri zamanı dəmir qəfəsdə saxlanması halında nəzərə alınmalı xüsusiyyət bu hal baş verdiyi andan 4 ay ərzində AİHM-ə şikayət göndərilməsi məsələsidir. Çünki bu halın yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılması mümkün deyil:

“Bu məsələdə daxili müdafiə vasitələri yoxdur. Ona görə həmin hallarla bağlı şəxslər barəsində məhkəmə hökmünün və ya qərarın qəbul edilməsi, həmin qərardan şikayətlərin ölkədaxili tükəndirilməsinə ehtiyac yoxdur”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button