2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM Azərbaycanla bağlı 21 ərizə üzrə 3 qərar, 1 qərardad elan edib

Şikayətlərdən biri qəbuledilməz sayılıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 16-da Azərbaycandan göndərilmiş 21 ərizə üzrə 3 qərar, 1 qərardad elan edib.

İşlərdə əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bir neçə işdə Konvensiyanın 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisə olunub.

“İbrahimbəyov və başqaları Azərbaycana qarşı” işi ilə bağlı məhkəmə mahiyyəti üzrə qərar qəbul edib.

Qurum ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş vermədiyi qənaətinə gəlib.

Məhkəmənin qənaətincə, ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilə, uyğun daxili qanunvericiliyin tətbiqinin qanuni nəticəsi olub.

Qanunun aliliyinə hörməti təmin etmək məqsədi daşıyıb.

Eyni zamanda, ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin kompensasiya edilməsi hüquqları olub, ancaq onlar, bu haqlarından yararlanmaq üçün gərəkli hüquqi addımları atmayıblar. Həm də ərizəçilər kompensasiyanı lazımi qaydada tələb edəcəkləri halda belə onu ala bilməyəcəklərini isbat edən hər hansı arqument təqdim etməyiblər.

Faktiki olaraq ərizəçilərin daxili məhkəmələr qarşısındakı iddiaları torpaq sahələrinin geri verilməsi tələbi ilə məhdudlaşıb.

Rüstəm İbrahimbəyov
Foto: Meydan tv

Bu işdə ərizəçilər Rüstəm İbrahimbəyov, Şöhrət İbrahimbəyova və Lalə Əfəndiyeva 1939, 1966 və 1941-ci il doğumlu Azərbaycan vətəndaşlarıdır.

Ərizəçilərdən İbrahimbəyov vəfat edib, digər ərizəçilər Bakıda yaşayırlar.

Məhkəmə işi ərizəçilərə məxsus olan torpaq sahəsinin sənədlərinin Azərbaycan Dövlət Neft Şirkətinin tələbi ilə qanunsuz olaraq ləğv edilməsi iddiaları ilə bağlı idi.

Konvensiyanın 6-cı maddəsinə (ədalətli dinləmə hüququ) və Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə (mülkiyyətin qorunması) söykənən ərizəçilər, torpaq sahələrinin əlləridən alınmasının qanunsuzluğundan, məhkəmə qərarlarının əsaslandırılmamasından şikayət ediblər.

“Elnur Məcidli Azərbaycana qarşı” işi üzrə də məhkəmə mahiyyəti üzrə qərar qəbul edib.

Hesab edib ki, ərizəçiyə münasibətdə ədalətli məhkəmə araşdırması hüququ pozulub, habelə dövlət bu işdə Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərinə əməl etməyib.

Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 4350 avro ödəməlidir.

Məcidli işi müxalif partiya fəalının dinc toplaşmaq hüququndan yararlanması kontekstində baş vermiş olaylarla bağlı idi.

Ərizəçi hadisələrin baş verdiyi vaxtda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub.

O, müxalif qüvvələrin azad seçkilərin keçirilməsi tələbi ilə 2011-ci ilin aprel ayında Bakıda keçirdiyi aksiyada iştirak edib. Dinc aksiyaya polis qüvvələri müdaxilə edib, ərizəçi saxlanılaraq polisə aparılıb.

Ardınca ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə iştirak) maddəsi ilə cinayət işi açılıb, may ayında məhkəməyə qədər həbs edilib.

Məhkəmə yekunda ərizəçiyə qarşı ittihamları əsaslı hesab edərək onun 2 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutun hökm çıxarıb.

Ərizəçi AİHM qarşısında iddia edib ki, onun özünün seçdiyi hüquqi yardım vasitəsinə çatım hüququ pozulub, məhkəmə ədalətli olmayıb.

“Aynurə İmranova və başqa 17 ərizəçi Azərbaycana qarşı” – işində məhkəmə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib.

Qərara əsasən, 18 ərizəçinin hər birinə mənəvi zərər əvəzi 3 min avro ödənilməlidir.

Hər bir ərizəçinin vəkillərinə də hər işə görə 3 yüz avro ödənilməlidir.

Bu işdə ərizəçilər aşağıdakılar olub:

Aynurə İmranova, Qubad İbadoğlu, Elçin Abdullayev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Emin Hüseynov, Zöhrab İsmayılov, Rəsul Cəfərov, Gülnarə Bağırova, Səadət Mehdiyeva, Ülviyyə Axundova, İqtisadi Araşdırmalar Mərkəzi, Milli və beynəlxalq araşdırmalar Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqşunaslar Assosiasiyası, Demokratik Təsisatlar və İnsan Haqları Birliyi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi.

Bu məhkəmə işi də iddia edilən qanunsuz fəaliyyətlərinə görə bir sıra ictimai bilriklərə və şəxslərə qarşı açılmış cinayət işi çərçivəsində ərizəçilərin bank hesablarına həbs qoyulması ilə bağlı idi.

Ərizəçilərdən A.İmranova AİHM qarşısında iddia edib ki, bank hesablarına həbs qoyulması onun mülkiyyət hüququnun pozuntusu ilə müşayiət olunub.

Digər ərizəçilər (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Emin Hüseynov, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi) qeyd edilən pozuntu ilə yanaşı Konvemsiyanın 6-cı, 11-ci, 13-cü və 18-ci maddəsinin pozuntusu iddiasını da irəli sürmüşdülər.

“Qafqaz Media Araşdırmaları Mərkəzi Azərbaycana qarşı” şikayət ərizəsinin qəbuledilməz sayılması haqda məhkəmə qərardad qəbul edib.

Bu məhkəmə işi iddia edilən qanunsuz fəaliyyətinə görə ictimai birliyə açılmış cinayət işi çərçivəsində onun bank hesablarına həbs qoyulması ilə bağlı olub.

İctimai birlik iddia edib ki, bank hesablarına həbs qoyulması onun mülkiyyət, ədalətli məhkəmə araşdırması, birləşmək və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusu ilə müşayət olunub.

Ərizəçi həmçinin cinayət işinin siyasi məqsəd daşıdığını, Konvensiyanın 18-ci maddəsini pozduğunu iddia edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button