2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM-dən Azərbaycanla bağlı 3 qərar: “Tərəflər dostca anlaşıb”

Qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.

“Hümeyir Əhmədov Azərbaycana qarşı” məhkəmə işi hüquq-mühafizə orqanlarının ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Ərizəçi iddia edib ki, ölkədən çıxışına qadağa qoyulması onun Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təminat altına alınan hərəkət azadlığı hüququnu pozub.

O, həmçinin bu pozuntunu mübahisələndirə bilməsi üçün ölkə daxilində effektiv müdafiə vasitələrinin (Konvensiya, maddə 13) mövcud olmadığını iddia edib.

İşdə tərəflər dostca anlaşıb.

Anlaşmaya əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görəsə 1000 avro ödəməlidir.

“Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı” işdəki 5 ərizəçi “Yehova Şahidləri” dini icmasının üzvləridir.

Onlar 2011-ci ildə Gəncə şəhərində keçirilən dini ayin zamanı saxlanılıb, polisə aparılıb.

Bir gün sonra məhkəmə qarşısına çıxarılıb, dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib, inzibati qaydada 500-1500 AZN cərimə olunublar.

Şikayətləri yuxarı məhkəmələrə rədd edilən ərizəçilər AİHM qarşısında iddia ediblər ki, şəxsi həyata hörmət (dini etiqad azadlığı (Maddə 9), toplaşmaq azadlığı (Maddə 11) və ayrı-seçkiliyin qadağan olunması (Maddə 14) hüquqlarına müdaxilə olub.

Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları tanıyıb.

Mənəvi zərərə və xərclərə görə ərizəçilərin hər birinə 3000 avro ödəməyi təklif edib.

Ərizəçilər hökumətin bəyannaməsindəki təklifləri qəbul etməsələr də, AİHM bəyannaməni əsas götürüb.

Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 15 min avro) ödənilməlidir.

“Hüseynov və Mirqasımova Azərbaycana qarşı” işi ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icra edilməməsi ilə bağlıdır. Ərizəçilər AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddiasını qaldırıb.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıb.

Anlaşmaya əsasən, hökumət ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icrasını təmin etməli və birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button