2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM iki işə görə Azərbaycanı cərimələdi, bir işi qəbuledilməz saydı

Yayımlandı: 2 Fevral 2023 14:31

Hüquqşünasın AzTV-yə qarşı şikayəti təmin olunmayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 2-də Azərbaycandan göndərilmiş 3 ərizə üzrə yekun qərarlarını elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin ərizələrdə ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, mülkiyyət və digər hüquqların pozuntuları mübahisələndirilib.

“Sərdar Əlibəyli Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin böhtan məzmunlu hesab edilən məqalələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı olub.

İşin faktlarına görə, ərizəçi o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin iddiası üzrə Nizami rayon məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinib.

O, üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Yuxarı məhkəmələr həmin hökmü dəyişdirməyib.

AİHM hesab edib ki, ərizəçiyə yazılarına görə, cinayət cəzasının verilməsi onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib.

Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2500, xərc və məsrəflərə görə 1500 avro təzminat ödəməlidir.

Ərizəçini məhkəmədə vəkillər Rəşid Hacılı və Elçin Sadıqov təmsil edib.

“Akşin Qarayev Azərbaycana qarşı” – işində ərizəçi “Maksima” adlı şirkətin sahibi Akşin Qara oğlu Qarayev Bakı şəhərində yaşayıb.

Məhkəmə işi “Maksima” şirkətinə məxsus əmlakın, xüsusilə də mənimsəmə ittihamı üzrə açılıb.

Cinayət işində sübut kimi tanınan 28 qaz turbininin 1997-ci ildən bəri rəsmi qurumların qərarları ilə götürülməsi-saxlanılması ilə bağlı olub.

1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və Konvensiyanın 13-cü maddəsinə (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) əsaslanan ərizəçi, ona məxsus mülkiyyətin davamlı və uzun müddət saxlanılmasından və bununla bağlı əlində hüquqi müdafiə vasitəsinin olmamasından şikayət edib.

AİHM bu işdə ərizəçiyə münasibətdə mülkiyyət hüququnun pozulduğuna qərar verib.

Qərara əsasən, dövlət ləngimədən mübahisə edilən 28 qaz turbininin saz vəziyyətdə ərizəçiyə geri qaytarılmasını təmin etməlidir.

Bundan başqa ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 4 min avro təzminat ödənilməlidir.

“Xalid Ağaliyev Azərbaycana qarşı” – işində ərizəçi məlumat və ifadə azadlığı ilə bağlı müxtəlif layihələri həyata keçirən QHT olan Media Hüququ İnstitutunun hüquqşünası olub.

Ərizəçi 2010-cu ildə dövlət büdcəsindən maliyyələşən, səhmləri dövlətə məxsus olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) informasiya sorğusu göndərib, aşağıdakı publik bilgilərin ona təqdim edilməsini xahiş edib:

(a) 2009-cu ildə dövlət büdcəsindən AzTV-yə ayrılan vəsaitin məbləği;
(b) AzTV-nin 2009-cu il büdcəsindən işçilərinin maaşları üçün ayrılmış məbləğ;
(c) AzTV-nin müxtəlif rəhbər işçilərinin aylıq əmək haqqının həcmi;
(d) AzTV-nin 2009-cu il büdcəsindən onun nəqliyyat vasitələrinin alınması və təmiri və onların yanacaqla təmin edilməsi üçün ayrılmış vəsait;
(e) AzTV-nin 2009-cu il büdcəsindən AzTV-nin əsas binasının və ona məxsus digər binaların təmiri üçün ayrılmış məbləğ;
(f) AzTV-nin 2009-cu il büdcəsindən onun internet saytının saxlanması üçün ayrılmış məbləğ.

Sorğuya cavab almayan ərizəçi Səbail Rayon Məhkəməsinə şikayət verib.

Xahiş edib ki, axtardığı informasiyaların ona təqdim edilməsini nəzərdə tutan qərar qəbul etsin.

Məhkəmələr onun iddiasını təmin etməyib.

AİHM bu ərizəni qəbuledilməz hesab edib.

Ərizəçini məhkəmədə vəkil Rəşid Hacılı təmsil edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button