2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM jurnalistin işi ilə bağlı Azərbaycana suallar ünvanlayıb

Yayımlandı: 7 Mart 2023 13:28

“Jurnalistlər yazılarına görə prokurorluğa çağırılıb xəbərdarlıq edilirdi”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Fikrət İbişbəylinin şikayəti ilə bağlı Azərbaycan hökumətinə suallar göndərib.

Saytların yığılması Saytlarin yigilmasi

Onlayn xəbər portalının baş redaktoru olan Fikrət İbişbəyli ötən il yanvarın 11-də Şuşanın “Qarabağdakı erməni separatçılar” tərəfindən atəşə tutulması barədə xəbər dərc edib.

Hökumət onun bu materialını informasiya təhlükəsizliyi ilə bağlı daxili qanunvericiliyə zidd hesab edib.

Ona inzibati xəta haqqında iş üzrə icraat açılıb və 2022-ci il yanvarın 12-də daxili məhkəmələrin qərarı ilə 500 Azərbaycan manatı cərimə edilib.

Hökumət hesab edib ki, Qarabağ bölgəsindəki münaqişə haqda, həssas mövzuda yalan məlumat dərc edilib.

Fikrət İbişbəyli Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, dövlət orqanları tərəfindən onun ifadə azadlığı hüququna edilən müdaxilənin əsaslı olmadığından şikayət edib.

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

AİHM Azərbaycan hökumətinə suallar göndərib:

– Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olubmu?
– Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu, qanuni məqsəd güdürdümü və 10-cu maddənin 2-ci bəndi baxımından demokratik cəmiyyətdə zəruri idimi?

Hüquqşünas Xalid Ağaliyev deyir ki, 2021-ci ilin sonlarından başlayaraq, jurnalistlər yazılarına görə Baş Prokurorluğa çağırılıb çək-çevir, xəbərdarlıq edilirdi.

Onun sözlərinə görə, bu şikayət də həmin dövrlərdə edilən xəbərdarlıq, cərimələrdən birinə aiddir.

“Həmin vaxtlarda onlarla media, jurnalist xəbərdarlıq alıb, bir çoxları yalan məlumat yaymağa görə, məhkəmələrə çıxarılıb, cərimə edilib. Avropa Məhkəməsi həmin işlərdən verilmiş şikayətlərin göndərilməsindən 7-8 ay keçməmiş araşdırmağa başlayıb. İlk araşdırlan iş Fikrət İbişbəylinin şikayətidir. Jurnalist Şuşanın atəşə tutulması haqda xəbərə görə 2022-ci ilin yanvarında cərimələnib. AİHM həmin iş üzrə hökumətə suallar göndərib”, – deyə hüquqşünas bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button