2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM: Saakaşvilinin hakimiyyəti dövründə məhbuslara qarşı işgəncələr olub

Yayımlandı: 20 Fevral 2023 18:16

Gürcüstan hökuməti Akaki Oçiqavaya 20.000 avro təzminat ödəməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hazırda həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin dövründəki qanunsuzluqlarla bağlı qərar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qərarda bildirilir ki, sabiq prezidentin hakimiyyəti dövründə məhbuslara qarşı işgəncələr olub.

AİHM-in “Oçiqava Gürcüstana qarşı” işi üzrə verdiyi qərarla bağlı ölkənin Ədliyyə Nazirliyi açıqlama yayıb.

Bildirib ki, Avropa Məhkəməsi Gürcüstanın penitensiar müəssisələrində məhbuslara qarşı 2012-ci ilə qədər işgəncə və pis rəftarın sistematik xarakterli olduğunu bir daha təsdiqləyib”.

2012-ci ildə Gürcüstanda parlament seçkilərinə az qalmış ölkədə həbsxana qalmaqalı baş verib.

Məsələ Gürcüstan Daxili İşlər Nazirliyinin “Qldani” həbsxanasında məhbuslara işgəncə verilməsi və iş üzrə üç əməkdaşın həbsi barədə açıqlama ilə gündəmə gəlib.

Həmin gecə iki telekanal bir neçə həbsxanada məhbusların xüsusilə pozulmuş formada döyülməsi və zorlanması ilə bağlı kadrlar nümayiş etdirildikdən sonra etirazlar başlayıb.

Bundan sonra hakimiyyət məhbuslara işgəncənin sistemli olduğunu etiraf edib.

Ekspertlərin fikrincə, bu qalmaqal seçkilərin yekununda həlledici rol oynayıb.

2012-ci il parlament seçkiləri M.Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının məğlubiyyəti və rusiyalı milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” koalisiyasının hakimiyyətə gəlməsi ilə başa çatıb.

Məhkumlara qarşı işgəncə və qeyri-insani rəftarla bağlı 150-yə yaxın dövlət qulluqçusu cinayət məsuliyyətinə cəlb edilib.

M.Saakaşvilinin özü bir neçə cinayət ittihamı ilə bağlı həbsdədir (hazırda tibb klinikasında müalicə alır) və saxlanma şəraiti ilə bağlı tez-tez şikayətlənir.

Oçiqavanın işi üzrə Avropa Məhkəməsinin qərarında nə deyilir?

Avropa Məhkəməsi oğurluğa görə həbs olunmuş Akaki Oçiqavanın 2011-2012-ci illərdə Tbilisidəki Qldani həbsxanasında saxlandığı zaman ona qarşı işgəncələrin tətbiqi, habelə bu barədə şikayətlər üzrə səmərəli araşdırma aparılmadığını müəyyən edib.

Gürcüstan hökuməti ona vurulan mənəvi ziyana görə 20.000 avro təzminat ödəməlidir.

AİHM öz qərarında ərizəçinin təqdim etdiyi məlumatlarla və sübutlarla yanaşı, Gürcüstanın İctimai (xalq) Müdafiəçisinin Ofisinin, Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (European Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment (CPT), Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin (Monitoring Committee of the Parliamentary Assembly of the Council of Europe) və digər qurumların hesabatlarına və sənədlərinə istinad edib.

Qərarda bildirilir ki, Gürcüstan həbsxanalarında məhbuslara işgəncələr sistematik şəkildə, o cümlədən aşağıdakı formalarda həyata keçirilib: həbsxana personalı qanundankənar müxtəlif qadağalar müəyyən edib, məhbusları qorxu altında saxlamaq və özlərinə tabe etdirmək üçün hər xırda şey üstündə onları döyüb; həbsxanaya gətirilən yeni məhbusların döyülməsi (qondarma karantin proseduru) sistematik hal alıb, məhbuslar uzun müddət metal çarpayıdan başqa heç nə olmayan təkadamlıq kamerada saxlanılıblar; kameralara bəzən o qədər məhbus yerləşdirilib ki, onlar yalnız növbə ilə otura biliblər; məhbuslar mütəmadi olaraq cəza kameralarına salınıb və gündüzlər çarpayıda oturmağa icazə verilməyib – onlar beton döşəmədə oturmalı olublar; yataq qatlanmış və asma kilidlə divara bərkidilib; çarpayıdan yalnız axşam saat 22-dən səhər 8-ə qədər istifadəyə icazə verilib; qida qəbulu və tualetdən istifadədə, ailə üzvləri ilə görüşlərdə məhdudiyyətlər olub; məhbuslar arasında söhbətə yalnız pıçıltı ilə icazə verilib…

Bunlar AİHM-in qərarında əks olunan pozuntuların bir hissəsidir.

AM-in qərarında Akaki Oçiqavaya qarşı digər zorakılıq faktları da təsdiqlənib.

Onun barmaqlarını dəyənəklə sındırıb, duşda soyundurub, soyuq su vurub, dəyənəklərlə şiddətlə döyüblər.

O, növbəti dəfə döyüldükdən sonra həbsxananın meyitxanasında ölülərin yanında əllərində qandal oyanıb.

Onun onurğa sütunu zədələnib və yerimək qabiliyyətini itirib.

Ədliyyə Nazirliyinin məlumatına görə, Oçiqava yalnız Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra işgəncələrə məruz qaldığını bildirib.

2017-ci ildə həmin şikayət üzrə qaldırılan cinayət işi Tbilisi Şəhər Məhkəməsi tərəfindən 2018-ci ildə bir neçə nəfərin məhkum edilməsi ilə başa çatıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button