Loading...
Loading...
Cəmiyyət

Ailəsi Fazil Məmmədovun səhhəti ilə bağlı açıqlama verdi

Dünən Azərbaycan KİV-də sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə informasiya yayılmışdı.

Bildirilirdi ki, aprelin 4-də axşam saatlarında sabiq nazirin qəfildən ürəyi tutub.
“Ölkə.Az” xəbər verir ki, insider.az məsələ ilə bağlı F.Məmmədovun ailəsi ilə əlaqə saxlayıb.

 

Sabiq nazirin ailəsi məlumatı təkzib edərək qeyd edib ki, yayılan informasiya həqiqəti əks etdirmir. F.Məmmədovun səhhətində problem olmadığı bildirilib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button