2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ailəsi Əvəz Zeynallı ilə nə görüşə, nə də danışa bilir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanan Əvəz Zeynallıya ailəsi ilə görüşə icazə verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə jurnalistin həyat yoldaşı Məlahət Zeynallı bildirib: “Hətta telefon danışıqlarına da icazə verilmir. Mən artıq 15 gündən çoxdur onunla danışmıram. Bu da bir daha sübut edir ki, iş siyasidir və Əvəz Zeynallını susdurmaq məqsədini güdür”.

O qeyd edib ki, axtarış zamanı Ə.Zeynallının evindən maddi vəsait götürülüb: “Bu, bizim ailə büdcəmizdir, o təkcə Əvəz Zeynallıya aid deyil ki… Görünür ki, burada məqsəd Əvəz Zeynallıya bacardıqca təsir, təzyiq etməkdir”.

M.Zeynallının sözlərinə görə, jurnalistin səhhəti yaxşı deyil: “Mənə dərman adını yazıb veriblər ki, bunu alım, vəkil vasitəsilə çatdırım. Bu, göz üçün dərmandır. Əvəz Zeynallı şəkər xəstəliyindən müalicə alırdı, indi müalicəni davam etdirib-etdirmədiyini bilmirəm. Həm də görünür ki, gözü zəifləməyə başlayıb. Gözündə təzyiq olduğu üçün çox güclü baş ağrıları olur onda”.

Bu deyilənlərlə bağlı, hələlik, nə istintaqı aparan Baş Prokurorluq, nə də DTX ilə danışmaq mümkün olub. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı vəkil Elçin Sadiqovla birgə sentyabrın 10-da saxlanıb və onlar bir gün sonra həbs ediliblər. O, rüşvətdə, vəkil isə buna vasitəçilik etməkdə ittiham olunur.

Zeynallı “Baku Steel Company”nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almada ittiham olunur. Sadıqov işadamı Məmmədovun vəkili idi. Lakin onların heç biri özlərini təqsirli bilmir.

Sentyabrın 17-də vəkil E.Sadiqovun apellyasiya şikayətinə baxılıb və o, ev dustaqlığına buraxılıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button