2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ailəsi Fərman Ceyranlı haqda yazılanlara aydınlıq gətirdi

Gürcüstanda fəaliyyət göstərən “Lanset” klinikasının təsisçilərindən biri olan əslən azərbaycanlı Fərman Ceyranlının  həbsi haqda mətbuatda və ictimaiyyət arasında müxtəlif məlumatlar dolaşır. Fərman Ceyranlının ailəsi baş verənlərlə bağlı sosial şəbəkələrdə məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

“Öncə, tibb elmlər doktoru həkim cərrah Fərman Ceyranlı və onun ailəsi adından baş verənlərlə bağlı açıqlama verməklə yanaşı müxtəlif mətbuatda gedən məlumatlara aydınlıq gətirmək istəyirik.

Saytların yığılması Saytlarin yigilmasi

Nəzərinizə çatdırmaq istəyirəm ki, Fərman Ceyranlı Lancet klinikasinin təsisçilərindən biridir və sözügedən klinikada baş həkim vəzifəsində çalışmamışdır.

Hazırda atam Fərman Ceyranlı məhkəmə prossesi müddətində təxminən iki aylıq (40-50 günlük) saxlanılmışdır. Baş verən hadisə ötən ilin yəni 2016-cı ilin aprel aylarında keçırılmış olan qaraciyər köçürülməsi əməliyyatı ilə bağlıdır. Xəstə əməliyyat sonrası 10 gün müddətində yaşamışdır və sonradan xəstənin bədəni transplantant olunan orqanı qəbul etmədiyi üçün xəstə vəfat etmişdir. Bununla yanaşı orqan verən donor hazırda saglamdır.

Əməliyyat keçirilən zaman Lancet klinikasının orqan köçürmə əməliyyatları üçün lisenziyası mövcud idi. Lakin əməliyyat aparan həkim Mircəlal Kaziminin lisenziya müddəti bitmişdir. Bunun yoxlanılması və əməliyyata icazə verilməsi sənədləşmənin aparılması baş həkim və klininkanın hüquqşünasının səlahiyyətində olmuşdur. Yuxarıda qeyd etdiyim kimi Fərman Ceyranlı sadəcə olaraq təsisçilərdən biridir və bu kimi vəzifə və səlahiyyətləri icra etməmişdir.
Eyni zamanda mediada qeyd olunan Lancet klinikasının əməliyyat aparan həkimi türk həkim kimi reklam etməsi xəbərləri yalçnş və əsassızdır.

Hazırda prosseslə əlaqədar araşdırmalar davam edir. Ailəlikcə təəssüf edirik ki, bu araşdırma müddətində proffesor Fərman Ceyranlı həbsdədir.

Mediada gedən yalan yalnış və əsassız olan xəbərlərə münasibət bildirmək və müəyyənlik gətirmək məqsədilə bu açıqlamanı yazmağı özümüzə borc bildik.

Bununla yanaşı araşdırma apararaq daha ədalətli yanaşan media nümayandələrinə dostlarımıza və yanımızda olan hər kəsə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk. ən qisa zamanda ədalətin bərpa olacağına inanırıq”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button